Premyer Liqa: “Qarabağ” mövsümə qələbə ilə start verdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında I tura yekun vurulub. Medıaxeberlerı.Az xəbər verir ki, turun son oyununda "Qarabağ" komandası "Şamaxı"nı qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. 17 avqust Misli Premyer Liqası, 1-ci tur 19:30. “Qarabağ” – “Şamaxı” - 3:1 Qol: Renaldo Sefas, 28 (1:0), Edqar Adilxanov, 43 (1:1), Apolinario, 59-avtoqol (2:1), Aleksey Kaşuk, 85 (3:1) Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Şirmamed Mamedov, Cavid Cəlilov Turun digər nəticələri “Turan Tovuz” - “Qəbələ” - 1:0 “Araz-Naxçıvan” - “İmişli” - 0:0 “Sabah” - “Kəpəz” - 2:0 “Sumqayıt” - “Neftçi” - 1:3 “Zirə” - “Şəfa” - 2:0 
VAR: İnqilab Məmmədov
AVAR: Kərim Zeynalov
Tofiq Bəhramov adına Respublika Stadionu





















