Bu ölkədə iki güclü zəlzələ: ölənlərin sayı artdı
İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ baş verib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Labuan-Bajo şəhərindən 161 km şimal-şərqdə, yerin 35 km dərinliyində yerləşib. Yeraltı təkanlar nəticəsində 5 nəfər ölüb. Adada yaşayış və dövlət binaları, eləcə də digər infrastruktur obyektləri zədələnib. *** İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. Bu barədə xilasetmə xidmətlərindən məlumat verilib. Bundan başqa, 6 nəfərin xəsarət aldığı və 2 nəfərin dağıntılar altında qaldığı bildirilib. *** İndoneziyada baş verən zəlzələdə ölənlərin sayı 38 nəfərə çatıb. Bu barədə BBC yerli rəsmi qurumlara istinadən xəbər yayıb. *** İndoneziyada 7,7 və 6,8 bal gücündə baş verən iki güclü zəlzələ nəticəsində ölənlərin sayı 47 nəfərə çatıb. Bu barədə “İndoneziyanın Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi məlumat yayıb. Məlumata görə, sunami təhlükəsi və binaların uçması səbəbindən təxminən 2 min nəfər təxliyə edilib. Zəlzələ nəticəsində 157 ev, 87 məktəb, 18 tibb müəssisəsi və 6 inzibati bina ciddi zərər görüb. Ən azı 6 yaralının xəstəxanalarda müalicə aldığı, 2 nəfərin isə itkin düşdüyü bildirilir. Bildirilib ki, xilasetmə xidmətləri zəlzələlərin episentrinə ən yaxın bölgələrdən biri olan Naqekeoya hələ də çata bilmir. Torpaq sürüşmələri əsas yolları bağlayıb, ərazidə rabitə isə tamamilə kəsilib.





















