General Araz Məmmədov vəzifəsindən azad olundu - Yeni təyinat
General-leytenant Araz Məmmədov Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsindən azad edilib. Mediaxeberleri.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müvafiq Sərəncam imzalanıb. General Araz Məmmədov DSX-nin Sahil Mühafizəsinin rəisi təyin olunub. Başqa Sərəncamla DSX Sahil Mühafizəsinin rəisi Müzəffər Pirizadə Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsinə gətirilib.
Oxunub: 23
Xəbəri paylaş
Paylaş:





















