Konfrans Liqası: "Qarabağ" pley-offa yüksəldi
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn bütün komandalar bəlli olacaq. Mediaxeberleri.Az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" 3-cü mərhələnin cavab matçında pley-offa yüksəldi . Qurban Qurbanovun komandası Bakıda Kiyev "Dinamo"sunu sıradan çıxardı. Matç Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatdı. "Qarabağ" səfərdə keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzub. İki oyunun nəticəsinə əsasən Qurban Qurbanovun komandası "pley-off" mərhələsinə vəsiqə qazanıb. "Qarabağ" "pley-off"da “Tvente” (Niderland) - DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda isə "Tvente" rəqibini darmadağın edib - 6:0. 13 avqust UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin cavab oyunu 20:00."Qarabağ" (Azərbaycan) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:0 Qol: Jali Muaddib, 12, Aleksey Kaşuk, 69 Hakimlər: Stüart Attvell, Yan Hussin, Nik Qrinhalq (İngiltərə) İlk oyun - 0:1 Bakı.Tofiq Bəhramov adına Respublika stadionu





















