Rusiyadakı əsirlərin 95 faizinə işgəncələr verilir - Ombudsman
Ukraynalı hərbi əsirlərin 95 faizi Rusiya həbsxanalarında sistematik şəkildə işgəncələrə məruz qalıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Ukrayna Ali Radanın insan hüquqları üzrə komissarı, ombudsman Dmitri Lubinets bildirib. Onun sözlərinə görə, hazırda Rusiyada 2442 ukraynalı hərbi əsir və mülki girov barəsində cinayət təqibi aparılır. Onlardan 1717 nəfər barəsində artıq hökm çıxarılıb: “Ukraynalı hərbi əsirlərə İstanbul Protokolunda qeyd olunan faktiki olaraq bütün işgəncə üsulları tətbiq edilir. Təsnifat 21 ən geniş yayılmış işgəncə metodunu əhatə edir. Protokolda göstərilən bütün üsulların ukraynalı hərbi əsirlərə və mülki girovlara qarşı sistematik şəkildə tətbiq edildiyi tərəfimizdən təsdiqlənib”. Ombudsman qeyd edib ki, ukraynalı əsirlərin Rusiyada saxlanma şəraitinin tələblərə uyğun olmaması ilə bağlı 860 fakt qeydə alınıb.





















