Milli Qəhrəman Keşlədə 3 mərtəbəli obyekt tikəcək - icazə verildi...
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycanın Milli Qəhrəmanı İbad Mösüm oğlu Hüseynliyə “Nizami rayonu, Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsi, 21” ünvanında 3 mərtəbədən ibarət qeyri-yaşayış binası tikməyə icazə verib. Mediaxeberleri.Az Yeniavaz.com-a istinadən xəbər verir ki, istehsalat binası olacaq obyektin tikintisinə 31 iyul 2026-cı il tarixli ETİ-78/26 saylı sənəd əsasında icazə verilib. Qeyd edək ki, 7 iyul 2026-cı il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə EXO-4588/2026 saylı, həmçinin 19 iyun 2026-cı il tarixində tikinti layihəsinə dair 42155 saylı ekspertiza rəyləri verilib. Bildirilir ki, tikintisinə icazə verilən obyektin tikinti sahəsi 687,88 kv. metr olacaq.
Oxunub: 32
Xəbəri paylaş
Paylaş:





















