UEFA Çempionlar Liqası: "Sabah" darmadağınla növbəti mərhələdə - VİDEO
"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka təmsilçisi "Orhus"a qalib gəlib. Mediaxeberleri.Az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən cavab matçında ev sahibləri 4:0 hesablı qələbəyə seviniblər. Velko Simiç (59), Stiv Solvet (67), Coy-Lens Mikels (79) və Xander Severina (89) Bakı klubunun qələbə qollarını vurublar. "Bayquşlar" ilk görüşdə 1:2 hesabı ilə məğlub olsa da, növbəti mərhələyə yüksəlməyi bacarıb. Bununla da "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhəlısinə vəsiqə qazanıb. Azərbaycan çempionu növbəti raundda "Hapoel" (İsrail, Beer-Şeva) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu qalibiyyətlə "Sabah" komandası həm də UEFA Avropa Liqasında əsas mərhələni təmin edib.





















