Nəcibə Nəsibova Azərbaycan-Türkiyə Universitetinin rektoru təyin olundu
Azərbaycanın Türkiyədəki keçmiş təhsil müşaviri Nəcibə Nəsibova Azərbaycan-Türkiyə Universitetinin (ATU) rektoru təyin olunub. Mediaxeberleri.Az xəbər verir ki, bununla bağlı qərar universitetin Qəyyumlar Şurasının iclasında qəbul edilib. Təyinat elm və təhsil nazirinin imzaladığı müvafiq əmrlə rəsmiləşdirilib. Qeyd edək ki, Nəcibə Nəsibova uzun illər Azərbaycanın Türkiyədəki Təhsil Müşavirliyi vəzifəsində çalışıb. 30 ildən artıq müddətdə o, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin akademik və sosial məsələlərinin həllində iştirak edib, həmçinin Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafı istiqamətində fəaliyyət göstərib. Xatırladaq ki, Azərbaycan-Türkiyə Universiteti iki ölkə arasında ali təhsil və elmi əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılıb.





















