Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir
Noyabrın 20-dən Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. Bu barədə Mediaxeberleri.Az-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib. Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. "Xatırladaq ki, bu marşrut üzrə sərnişindaşıma xidməti sel hadisəsindən zərər görmüş Qax-Zaqatala dəmir yol xəttinin təmiri ilə əlaqədər müvəqqəti dayandırılıb. Təmir işləri yekunlaşıb və qeyd olunan tarixlərdən Bakı-Balakən-Bakı marşrutu ilə səfərlərin bərpası təmin ediləcək", - ADY-dən qeyd edilib
Oxunub: 33
Xəbəri paylaş
Paylaş:





















