1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Futbol üzrə Azərbaycan kubokunda 2-ci mərhələyə yekun vurulub. Mediaxeberleri.Az xəbər verir ki, bununla da 1/8 finalın bütün cütlükləri müəyyənləşib. Bu mərhələnin matçları 1-2 dekabrda keçiriləcək. Birinci və ikinci mərhələdə olduğu kimi, 1/8 final da bir oyundan ibarət olacaq. Bu mərhələdə Misli Premyer Liqasından 12, 1-ci liqadan 3, 2-ci liqadan isə 1 komanda yarışacaq. Azərbaycan kubokunda 1/8 final cütlükləri "Araz Naxçıvan" - "Marafon" "Sabah" - "İmişli" "Sumqayıt" - "Qarabağ" "Qəbələ" - "Şahdağ Qusar" "Gəncəbasar" - "Şamaxı" "Neftçi" - "Şəfa" "Karvan-Yevlax" - "Zirə" "Turan Tovuz" - "Kəpəz"
Oxunub: 30
Xəbəri paylaş
Paylaş:





















