Türkiyəli deputatın intim videoları mafiyanın əlinə keçdi
Türkiyədə çirkli pulların yuyulması şübhəsi ilə deputat Mustafa Sarıgülün ailəsi barəsində başlanmış araşdırma yeni qalmaqallı detallarla diqqət çəkir. İşdə, həmçinin cinsi zorakılıq iddiaları və siyasətçinin keçmiş sürücüsünün sözlərinə görə, mafiya qruplaşmalarının əlinə keçmiş intim videoçəkilişlər də yer alır. Mediaxeberleri.Az-ın "Hürriyet" nəşrinə istinadən yaydığı məlumata əsasən, A.Turqut 2005-ci ildə Şişli bələdiyyəsində sürücü kimi çalışdığını, 2009-2010-cu illərdə isə Mustafa Sarıgülün şəxsi sürücüsü vəzifəsini icra etdiyini bildirib. Onun verdiyi ifadəyə görə, 2024-cü ildə sosial platformalarda yayılan məlum kadrların lentə alınmasında heç bir əlaqəsi və iştirakı olmayıb. Sürücü iddia edir ki, gizli kameranı siyasətçidən maddi mənfəət əldə etmək məqsədi güdən Firuzan adlı xadimə quraşdırıb. Onun sözlərinə görə, həmin videogörüntülər sonradan mafiya nümayəndələrinin əlinə keçib və onlar Sarıgüldən pul tələb ediblər.





















