Hind bəylə, azərbaycanlı gəlinin 7 gün davam edən toyu- VİDEO
Qubada hindistanlı bəylə azərbaycanlı gəlinin təmtəraqlı toyu keçirilib Məlumata görə, hindistanlı Saad adlı bəy azərbaycanlı Ağgül adlı xanımla ailə həyatı qurub. Cütlüyün Qubada keçirilən toy mərasimi 7 gün davam edib. Tədbirin kulminasiya nöqtəsi isə ötən gün baş tutan nikah mərasimi olub. Toy üçün Qubanın məşhur hotellərindən biri tamamilə bağlanıb. Məclisdə həm Azərbaycan, həm də Hindistan toy adət-ənənələri nümayiş etdirilib. Dəbdəbəsi ilə diqqət çəkən toyun görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Oxunub: 52
Xəbəri paylaş
Paylaş:





















