Xəzər dənizindəki limanlara hücum... – İran səfiri
ABŞ və İsrailin Ənzəli limanına hücumları Xəzər bölgəsində sülhə və ticarət əməkdaşlığına, eləcə də bu su hövzəsinin ekologiyasına təhlükə yaradır. Mediaxeberleri.Az xəbər verir ki, bunu İranın Qazaxıstandakı səfiri Əli Əkbər deyib. “Təəssüf ki, hərbi təcavüz nəticəsində İranın Xəzər dənizi sahilindəki limanları, o cümlədən liman infrastrukturu da hücuma məruz qalıb. Ənzəlidəki infrastruktur və ticarət gəmiləri qanunsuz və əsassız hərbi hücumlara məruz qalıb. Bu hərəkətlər Xəzər bölgəsində sülh və sabitliyi təhdid etməklə yanaşı, həm də ciddi ekoloji və humanitar nəticələrə səbəb ola, eləcə də Xəzəryanı dövlətlər arasında ticarət və iqtisadi əməkdaşlığı poza bilər”, - o bildirib.
Oxunub: 36
Xəbəri paylaş
Paylaş:





















