UEFA Çempionlar Liqası: "Liverpul" "Qarabağ"la qarşılaşmada ikinci qolu vurdu - CANLI
UEFA Çempionlar Liqasının liqa mərhələsinin son turunda üz-üzə gələcək İngiltərənin "Liverpul" və "Qarabağ" kollektivlərinin start heyətləri bəlli olub. Mediaxeberleri.Az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar. "Liverpul": Alisson Bekker, Frimponq, Qravenberx, Van Deyk (k), Robertson, Virts, Makallister, Soboslai, Salah, Ekitike, Qakpo; "Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina. Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunun "Liverpul" - "Qarabağ" qarşılaşması bu gün "Enfild"də, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. --------- Mediaxeberleri.Az xəbər verir ki, Azərbaycan təmsilçisi İngiltərənin nəhəngi "Liverpul"la qarşılaşacaq. Görüş Liverpul şəhərində yerləşən məşhur "Enfild Rouad" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək. Ona yan xətt hakimləri kimi Branislav Hançko və Yan Pozor kömək edəcəklər. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək. VAR sistemində niderlandlı Pol van Boekel, AVAR-da isə belçikalı Yan Boterberq fəaliyyət göstərəcək. Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində indiyədək keçirdiyi yeddi oyunda üç qələbə, bir heç-heçə və üç məğlubiyyətlə 10 xal toplayıb. Ağdam təmsilçisi hazırda turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. 29 yanvar UEFA Çempionlar Liqası Qol: Aleksis Makallister, 15, Florian Virtz, 21 Hakimlər: İvan Krujlyak, Branislav Hantsko, Yan Pozor, Peter Kraloviç VAR: Pol van Boekel AVAR: Yan Boterberq
UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu - VIII turu çərçivəsində "Qarabağ" bu gecə növbəti və həlledici oyununa çıxacaq.
VIII tur
"Liverpul" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) - 2:0 (Birinci hissə)





















