PREZİDENT YENİ NAZİR MÜAVİNİ TƏYİN ETDİ - Natiq Həsənov kimdir? + DOSYE (Yenilənib)
Həsənov Natiq Namiq oğlu maliyyə nazirinin yeni müavini təyin olunub. Mediaxeberleri.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev bu gün sərəncam imzalayıb. O, bu təyinata qədər Maliyyə Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb. Qeyd edək ki, N.Həsənov 1979-cu ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsilini başa vurub. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aspirantıdır.
Oxunub: 151
Xəbəri paylaş
Paylaş:





















