Qorxulu yuxularla bağlı bilmədikləriniz
Qorxulu yuxular beynin normal fəaliyyətinin bir hissəsidir. Mediaxeberleri.Az bildirir ki, elmi araşdırmalara əsasən, insan yuxu zamanı da emosiyaların tənzimlənməsi, yaddaşın möhkəmləndirilməsi və stresin azaldılması kimi prosesləri davam etdirir. Neyroelm sahəsində aparılan tədqiqatlar göstərir ki, qorxulu yuxular zamanı beynin qorxu və təhlükə hissi ilə əlaqəli bölgələri aktivləşir. Bu isə insanın real həyatda qarşılaşa biləcəyi gərgin və riskli vəziyyətlərə daha tez reaksiya verməsinə kömək edir. Psixologiyada bu mövzuya fərqli yanaşmalar mövcuddur. Ziqmund Freyd qorxulu yuxuları şüuraltı düşüncələrin əksi kimi qiymətləndirir, Karl Yunq isə onları kollektiv şüuraltı və simvolik mesajlarla əlaqələndirir. Mütəxəssislərin fikrincə, qorxulu yuxular təkcə narahatlıq yaratmır, eyni zamanda beynin emosional tarazlığı qoruma mexanizmi kimi də mühüm rol oynayır.





















