Qaraciyər və böyrəklər üçün ən faydalı içki
Limonlu su qaraciyərin zəhərli komponentlərdən təmizlənməsini aktivləşdirir. Mediaxeberleri.Az Medicina.az-a istinadən xəbər verir ki, bunu toksikoloq Mixail Kutışov deyib. O, günə limon əlavə edilmiş su içməklə başladığını söyləyib. Alim qeyd edib ki, bu içki əvvəlcədən deyil, içməzdən 1 dəqiqə əvvəl hazırlanmalıdır. Kutışov əlavə edib ki, çox miqdarda limon suyu ilə təmiz su qaraciyərin təmizlənməsi üçün faydalıdır: "Limonlu su qaraciyərin və böyrəklərin təmizlənməsinə, eləcə də bədəndən toksinlərin çıxarılmasına kömək edir. Əgər böyrək ağrısından əziyyət çəkirsinizsə, bu içki sizin üçün deyil, çünki limon turşusu güclü sidikqovucu təsirə malikdir". Mütəxəssis qeyd edib ki,hər stəkan mayeyə iki limon dilimindən çox olmamalıdır. Əks halda, turşu diş minasına və mədə astarına zərər verəcək. Həkim xəbərdarlıq edib ki, acqarına limon suyu içmək xroniki mədə-bağırsaq xəstəlikləri olanlar üçün əks göstəriş ola bilər. Mixail Kutışov bildirib ki, əks göstəriş yoxdursa, səhərlər bu içki ürək və damar xəstəliklərinin, eləcə də katarakt, podaqra və revmatizm də daxil olmaqla, digər xəstəliklərin qarşısını almağa kömək edəcək.





















