Anar Mehdiyevə cinayət işi açıldı - Yarım milyondan çox yeyinti
"Azərşəkər" MMC-nin İdarə Heyətinin sədri olmuş Anar Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Mediaxeberleri.Az Qafqazinfo.az-a istinadla xəbər verir ki, Mehdiyev xüsusilə külli miqdarda (500 min manatdan çox) mənimsəmədə ittiham olunur. A.Mehdiyev barəsində məhkəməyə qədər - ilkin istintaq müddətdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işinin təfərrüatı barədə əlavə məlumat veriləcək. Qeyd edək ki, Anar Mehdiyev 2024-cü ilə qədər sözügedən vəzifəni icra edib.
Oxunub: 151
Xəbəri paylaş
Paylaş:





















