Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Zəngəzurda saxlanılan azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı
  • Dövlət İdarəçilik Akademiyası ilə bağlı iddialara rəsmi cavab
  • Azərbaycanda avtomobil qəzalarının dəhşətli statistikası: 500 ölü, 640 yaralı
  • Türkiyə-Azərbaycan savaşı? - Fazil Mustafa təhqir etdi
  • İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilməyib?
  • İnternet 3 ay olmayacaq, banklardakı pullar silinəcək?
  • Qaxda 125 ağac kəsərək nazirliyə 34 minlik zərər vuran şəxsə elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
  • Fidanla görüşdüm, əsas vasitəçi Türkiyədir - Sibiqa
  • Yeniliyin və inkişafın ünvanı : Qazax
  • 48 yaşlı Samirənin həyatına son qoyan divar: “Malasız üst-üstə yığıblar” - Video
  • UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulur: Bu gün hansı oyunlar keçiriləcək?
  • Azərbaycana sərt qış gəlir: bu bölgələrdə güclü qar gözlənilir - SİYAHI
  • Abbasov millinin qələbəsini şərh etdi: Bunlar məni sevindirir
  • "ChatGPT" boşanmalara səbəb olmağa başlayıb
  • Ailəsindən ayrılan kişinin başqa qadınla meyiti tapıldı - İki nəfərin müəmmalı ölümündə yeni detallar
  • "Müqəddəsliyin arxasında çirkinliklər gizlənir" - Ziya Ağa teatrın problemlərini açdı - Video
  • Gənc yaşda böyrək xərçəngini necə müəyyən etmək olar?
  • Həkim qəfil tərləmənin qeyri-adi səbəblərini açıqladı
  • CNN: İran Vaşinqtonda Tramp administrasiyası rəsmilərinə hücumlar hazırlayır
  • Qaz xətti zədələndi, bir sıra kəndlər qazsız qaldı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Nüsrətin ömrünü bu hadisə qısaltdı - Sabir Rüstəmxanlı

  • Tarix: 31-12-2025, 20:43


KÜLƏK APАRIR SÖZÜMÜ

Ömür vəfa qılsaydı, 80 yaşını bayram edəcəkdik. Və yəqin ki, yaş onun yaxınlarına daim gülümsəyən üzündəki işığa kölgə sala, səmimiyyətinə heç bir təsir göstərə bilməyəcəkdi.

Nüsrət Kəsəmənli ötən əsrin altmışıncı illərinin sonunda poeziyamıza gələn və qısa müddətdə ictimaiyyətin diqqətini cəlb edən, oxucuların sevgisini qazanan parlaq bir ədəbi şəxsiyyət idi. Boylu-buxunlu, ötkəm, gülərüz, ömrün çətinliklərinə mərdi-mərdanə sinə gərən, etibarlı, sözü üzə deyən, xırdaçılığı sevməyən, ürəyi sevgiylə və xeyirxahlıqla dolu bir gənc idi. Bakıya bizdən sonra gəlmişdi və elə ilk görüşümüzdən girişsiz – müqəddiməsiz bir-birimizə ürək qızdırmışdıq. Hansı gündən, hansı olaydan? – xatırlamaq çətindir; yəqin o da dəqiq deyə bilməzdi; mənə elə gəlirdi, biz elə uşaqlıqdan tanışıq. Bakıya gətirən əziyyətli, ehtiyac dolu yollarda həmişə yanaşı olmuşuq. Bunun çox sadə bir səbəbi vardı: ilk şeirlərimizin çoxu oxşar yolların və talelərin, bənzər sevgi və ayrılıqların, doğma ruhların ifadəsiydı. Bizdən öncə şeirlərimiz yaxınlaşmışdı, onları dinləyəndən sonra təqdimata, keçmişin və kimliyin haqqında əlavə bilgiyə ehtiyac qalmır. Zaman keçdikcə mövzularımız, ədəbi maraq dairəmiz genişləndi, ayrıldı, müəyyən məqamlarda bir-birindən uzaqlaşdı, hərə allahın məhz onun çiyninə qoyduğu görəvi daşımağa başladı, ancaq bu, əqidə yaxınlığımıza təsir göstərmədi.

Elə bu ruh doğmalığı hiss olunmadan Çingiz Əlioğlunu, Nüsrət Kəsəmənlini və məni yaxınlaşdırmışdı, aramızda uzun illər davam edən, ədəbi mühitimiz üçün nadir bir dostluq nümunəsi yaranmışdı. Biz xaraktercə fərqliydik, ancaq dostluğumuzun bir səbəbi də bu müxtəlif xarakterlərin bir-birini anlamasıydı. İndi bu fərqləri yaza bilmərəm, daha doğrusu, bu, məni ilgiləndirmir, çünki bu fərqləri bizim yazılarımızda görmək çətin deyil. Maraqlı olan bu fərqliliyin bir arada, bir-birinə mane olmadan, qısqanmadan, bir-birinin uğurlarına sevinə-sevinə yaşaya bilməsiydi. Hər birimizin ayrı mühiti, ayrı dostlarımız da vardı; məsələn, mən ədəbi mühitdə Fərman Kərimzadə, Məmməd İsmayıl, Musa Yaqub, Məmməd Aslan, Hidayət, Tofiq Hüseyn, Ramiz Rövşən, Seyran Səxavət, Tahir Qurbanov, İsa İsmayılzadə, Altay Məmmədov, Məmməd Araz və Sabir Əhmədlini də, bəziləriylə yaş fərqlərimizə baxmayaraq, yaxın dostlarım sayırdım, bir yerdə oxumaqdan, bir yataqxanada yaşamaqdan, bir mənzildə kirayəkeş olmağımızdan, bir yerdə işləməkdən tanıdığım, sevdiyim bir çox doğma insanlar vardı. Lakin bu, “üç qardaş”ın əlahiddə bir yol getməsinə mane olmurdu, əksinə, bizim yaxınlığımız sonralar uşaqlıq, gənclik dostlarımızı da tanışdırmışdı.

Nüsrət Kəsəmənli toplumda itib-batan adam deyildi; onu dost da görürdü, düşmən də, elə ilk görüşdən yaddaşlara həkk olunurdu. Şeirləri də beləydi, çünki şeirləri də boyu bərabərindəydi, ilk oxunuşdan oxucu qəlbində yer qazanırdı. Şeirləri kitabdan, ədəbiyyatdan yox, taleyindən, çəkdiyi acılardan, sevgisindən və ayrılıqlarından gəlirdi; bəzən iç dünyasının və yaşadıqlarının çılpaqlığını göstərməkdən çəkinməyən və ənənəvi görünməyən qədər intim, cəsarətli, mərd və səmimiydisə, bəzən də heç bir haqsızlığa dözməyən dərəcədə üsyankar və barışmazdı. Dözümlüydü, ancaq qəfildən tufan qoparmağı da vardı. Ədəbi taleyi ona uşaqlıq taleyini unutdurmadı, Bakı sevgisi Ağstafanın “ata-ana sevgisizliyinin”, “anaları corab toxuyan”, “yumaq açıldıqca bükülən” nənənin boynuna dolanmaq üçün açılan qollarının yerini doldurmadı, ancaq bu dərdlər şeirə keçdikcə ədəbiləşdi və əbədiləşdi, paylandı, hamının malı oldu, paylandıqca Nüsrətin yükü şeir-şeir yüngülləşdi, oxucu sevgisi kədərli xatirələri şeir-şeir əvəz etdi və Nüsrət otuz yaşına istedadının və oxucu sevgisinin toxluğu, arxayınlığı ilə, saraylarda yaşamış, əziyyət görməmiş bir gəncin vüqarıyla, başıuca gəldi. Və bir çox sıxıntıların üstündən adlamağa dostluğumuz da yardım etdi, bir-birimizə mənəvi dayaq olmağı bacardıq. Təkcə sevimli oğlu Arazın başına gələn acı olaydan başqa. Haqsız hücumlar və oğlunun sonadək inanmadığı ittihamla həbsi heç bir ehtiyacın qarşısında əyilməyən qardaşımızı gözə görünmədən sındırdı və ömrünü qısaltdı.

Oğlu Araza yazdığı şeirdəki arzusuna çata bilmədi:

Vətən alov etsin odunu sənin,

Böyü bu torpaqla, bu yurdla öyün.

Mən Araz qoydum ki, adını sənin

Evimdə Arazı çağırım hər gün.

Amma sanki 1982-ci ildən bu günləri görüb şeirin başqa bir bəndində yazır:

Əlimiz yetişmir göz görə-görə,

Oğulsan, bu dərdə döz, görə-görə.

Biz ümid toxumu səpmişik yerə,

Dər, oğlum, demə ki, dərən tapılmır...

Nüsrətin bir çox şeiri qırıq, nisgilli ömürlərə işıq salan şair kəşfidir, doğulub, taleyə üsyan kimi, nəğmə, bayatı kimi... Nüsrətə qədər də ailə uğursuzluğunun, ata-ana ayrılığının acısını yaşayan saysız insan və söz adamı olub, ancaq bu ayrılığın övladlara yaşatdıqları məhz Nüsrətin qələmində bu gün artıq titullaşmış və dillər əzbəri olmaqla təsəlliyə çevrilmişdir:

Ayrı yaşayırlar atamla anam,

Bir təzad ömr edir bu kainatda.

Onlara həm doğma, həm də ki, yadam,

Göz açıb nənəmi gördüm həyatda.

Beşiyim başında layla yananda,

Bayatı hicranın dilində qaldı.

Ürəyim bir ata-ana yanında,

Əllərim bir nənə əlində qaldı.

Nüsrət bu ağrılardan doğulmuşdu, bu misralar onun tərcümeyi-halı və özünü tanıtmasıydı, bu misralar həm də ona oxucu sevgisinin qapısını açırdı. Şeirin sonluğu bu gün doğrudan da misal, ata sözü kimi səslənir:

Atalar, analar yad olan zaman,

Yaxşı ki, dünyada nənələr varmış.

Bu iki misra dəmir yol relsləri kimi Nüsrəti Ağstafa vağzalından alıb birbaşa ədəbi mühitimizə gətirmişdi və bizlərlə doğmalaşdırmışdı.

Nüsrətin onlarla belə tale şeirini xatırlayıram və o şeirlərin oxucu auditoriyalarını necə dalğalandırdığını illər uzunu müşahidə etmiş, sözün gücünə sevinmişəm. “İrəvanda xal qalmadı”, “Dünən toyun idi”, “Dəli bir ağlamaq keçir könlümdən”, “Yumul, bənövşəm, yumul”, “Hazır qəbirlər”, “Oğru olmaq istəyirəm”, “Biri vardı, biri yox”, “Daha nağıllara inanmıram mən” kimi neçə-neçə şeiri məhz o görüşlərdən sonra dildən-dilə düşür, həm Nüsrəti böyüdür, həm də poeziyamızın, ədəbiyyatın ölkənin mənəvi həyatına yollarını genişləndirir, bədii sözün nüfuzunu artırırdı.

Nüsrət sevgi şairiydi. XX yüzilin sonuna doğru saf sevginin bayağılaşdığı, Azərbaycan ruhunun qəbul etmədiyi bir sıra yabançı yaşam şəkillərinin həyatımıza soxulduğu, əsl məhəbbət haqqında yazmağın, sevgi etiraflarının arxaik göründüyü bir çağda Nüsrət bəzən hətta uşaq sadəlövhlüyü təsiri bağışlayan, lakin səmimiyyətilə inandıran sevgi şeirləriylə ortaya çıxdı.Bu gün Nüsrətin sevgi şeirləri yüzlərlə vurğun ürək arasında körpü salır, eşq məktublarını bəzəyir.

“Getmək istəyirsən”, “Bilsəm, yalan deyirsən”, “Əllərin nə yaman soyuqdur, gülüm”, “İsti yağışlar yağır”, “Etiraf”, “İkimizin yerinə”, “Allahım, ayırma bizi” və başqa şeirləri təkcə Nüsrət Kəsəmənli yaradıcılığının deyil, ötən əsr sevgi lirikamızın ən gözəl örnəkləri sırasındadır...

Bizim ədəbiyyata gəldiyimiz illərdə poeziyamızda iki xətt yanaşıydı: ənənəvi heca şeiri və sərbəst şeir. Bunların arasında qovğaların qızışdığı zamanlar da olurdu. Modern düşüncənin yox, modern formanın dəbdə olduğu vaxtlar idi. Bizlər bu iki cəbhəninarasında öz yolumuzu bulmağa çalışır və bu ayrı-seçkiliyi aradan qaldırıb, eyni vaxtda həm hecayla, həm sərbəst yazmağın mümkünlüyünü göstərməyə çalışırdıq. Bu baxımdan Nüsrət Kəsəmənli şeirı də iki qanadlıdır və onun istedadı üçün bu yolların heç birində maneə yoxdur. Nüsrət şeir tariximizdə yüz dəfə işlənmiş rədiflərlə qoşma, gəraylı yazmaqdan çəkinmədiyi kimi, ən gözlənilməz obrazlara, gözlənilməz poetik dillə danışmağı da bacarırdı. Məsələn, 1980-ci ildə Yardımlıda, sərhəddə, Savalanla üzbəüz dayandığımız gün mənə həsr etdiyi bir şeirdə deyirdi:

Külək aparır sözümü,

Göz yaşım inci düzümü.

O tayda bir qız gözünü

Sıxır, pərişan-pərişan.

Qoyur çəmənə izini,

Bulud alır dost üzünü.

O taydan qəmli gözünü

Yığır, pərişan-pərişan.

Bu, ənənəyə bağlı və bəsit görünməkdən, köhnə qafiyələrlə danışmaqdan qorxmayan şairdir. Çünki önəmli olan burdakı ruhun yeniliyi, köhnə görünən söz düzümlərinin yeni duyğuları çağdaş havaya kökləyə bilməsi və cızdığı mənzərənin xalqın faciəsini ifadə edə bilmək gücüdür.Sərbəst şeirlərində başqa bir Nüsrət görürük. O, “yetişmiş və yetişməmiş bombaları dərib, körpə saflığıyla oyanan cahana bir səbət Göyçay narı göndərmək istəyir”, “Zamanın budaqlarında dahilərin cəsədi saat kəfgiri kimi yellənəndə, çıxıb əsrlərin üstünə qıpqırmızı bir həqiqət ağappaq yalanlara “mənəm həqq” deyib dilənəndə, haqqın dilini yox, zülmün kəndirini kəsdirmək” istəyir, onun gözündə ağaclar köklərini torpaqda dəfn edib ucalır, buludlar dəsmal kimi şeh düşmüş günəşi qurulamaq istəyir. 20 Yanvarda “ölülər sıxılmış ovuclarından azadlığı buraxmaq istəmirlər”, “qanlı köynəyinə bürünənlər şəhidlik zirvəsinə gedir...” Bu misalların sayını artırmaq da olar. Çox yer alar deyə şeirlərdən bütöv parçaları bura köçürtmədim. Lakin elə bu misralar da şair dostumun poetik düşüncəsinin rəngarəngliyini göstərməyə bəs edir. Nüsrətin bənzərsiz publisistikası vardı. Televiziyada unudulmaz verilişlər aparırdı. Sənədli filmimizin inkişafında xidmətləri danılmazdır. “Bakı” qəzetində işlədiyi illərdə balaca xəbər köşələrini sözünün gücüylə necə genişləndirdiyini, xırda olayları obrazlı və şairanə dillə necə ətə-qana doldurduğunu yaxşı xatırlayıram. Onun gözəl insan və böyük istedad sahibi olması, iri bədənində kövrək uşaq ürəyi gəzdirməsi barədə çox yazmaq olar...

Bəzi şeirləri gözümüzün qabağında, anidən doğulub. Zarafat kimi baxdığımız və ardı kəsilməyəcək sandığımız olayların hər biri şirin xatirəyə dönüb.

...Biz üçümüz də şahmatı sevirdik. Hətta sonralar mən Şahmat federasiyasının yaradılmasında yaxından iştirak etdim, federasiyanın ilk prezidenti seçildim və bunu oyun vaxtı onlara tez-tez xatırladırdım... Nüsrət bütün oyunları ehtirasla oynayardı. Üçümüz də beləydik. Ancaq axıra kimi eyni səviyyədə oynamırdı, hövsələsi çatmırdı. Bir dəfə jurnalistin tələsinə düşmüş və hansımızın yaxşı oynadığımız barədə suala yəqin elə uduzmaların acığına “məni yuxudan oyatsanız, yenə onları udaram” demişdi. Həmin gün onun ofisinin qabağından keçib Yazarlar Birliyinə gedərkən birdən bu müsahibə yadıma düşdü və yolumu dəyişib ofisə girdim. Pillələrlə bir oğlan düşürdü, məni görən kimi güldü və “o müsahibəni yazan mənəm”, – dedi. Qolundan tutub geri qaytardım. Gəl otur, gör qardaşım yuxudan oyananda necə oynayır. Nüsrət də həvəslə daşları düzdü və bir neçə gedişdən sonra səhvə yol verdi. Köhnə xasiyyətincə əlimdən tutub fiquru götürməyimə imkan vermirdi. Belə hallarda, uşaq cığallığıyla “üzr istəyirəm” deyib vəziyyətdən çıxırdı. Güzəştə ehtiyacı olmayan, qürurlu, əyilməz dostumuzun dodaqlarında təbəssüm, bu süni üzr istəmələrindən ötrü oyunu uduzmaq da olardı. Bizə ləzzət verir, zarafat mövzusuna çevrilirdi, ancaq həmin gün mən də inada düşmüşdüm, üzr istəmək metodları işə yaramırdı.

Bizim mübahisələri maraqla izləyən jurnalistə “get, şahmatda kimin udduğunu doğru yaz!” – dedim. Təbii ki, araya başqa mövzular düşdü, iki dəqiqədən sonra şahmat unuduldu...

Nüsrət dost yolunda oda atılardı. Bir dəfə iki maşınla onun Əhmədlidəki evinə gedirdik. O, qabaqdaydı. “Neftçilər” metrosuna çatmamış yandan qəflətən çıxan maşın məni vurdu. Nüsrət bunu güzgüdən görübmüş. Maşını saxladım, yüngülcə əzilmişdi. Sakitcə sürüb gedəcəkdim. Bəlkə, məni vuran yanımdan keçib getsə, fikir də verməyəcəkdim. Ancaq bir də baxdım Nüsrət sürücünü yaxalayıb, zorla əlindən aldım. “Boş ver!” “Nə boş ver, dedi, maşını vurmağı azmış, hələ bir aradan çıxmaq istəyir”.

Azərbaycanda və kənar yerlərdə başımıza çox macəralar gəlmişdi, bəzən dalaşmalı olmuşduq. Hətta Moskvadan, Komsomolun Mərkəzi Komitəsindən Bakıya məktub gəlmişdi ki, bir də bu iki nəfəri ümumittifaq tədbirlərinə göndərməyin, lakin bizimkilər bu məktuba əhəmiyyət vermədilər, nədən ötrü mübahisə etdiyimizi, savaşdığımızı bilirdilər. Həm son dərəcə yaxın, həm də əlçatmaz xatirələrdir. Hər biri Nüsrətin xarakterinə bir tərəfdən işıq salır, onu daha yaxşı tanıdır. Şuşaya, Vaqif poeziya günlərinə getmişdik. Gecədən xeyli keçmiş yarıqaranlıq küçəylə restorandan otelə doğru enirdik. Mərkəzİ Komitənin ideoloji katibi, bu gün xaricdə ölkəmizin səfiri olan, son illərdə tariximiz haqqında yeni araşdırmalara və tapıntılara söykənən, qədim tariximizə yeni baxış sərgiləyən bir neçə qiymətli kitab nəşr etdirmiş və o vaxt da ədəbiyyatımızı ürəkdən sevən hörmətli Həsən Həsənov qolumdan tutub məni dəstədən arxaya saxladı və dedi: “Sənin “Gəncə qapısı” kitabını çox bəyənmişdim, rəyimi sənə də demişdim, mükafata layiq kitabdır, ancaq, yəqin bilirsən, dostun Nüsrət Kəsəmənlinin kitabı da təqdim olunub Komsomol mükafatına. Rəqibsiniz, nə deyirsən? Mükafatı hansınıza verməliyik?” Mən tərəddüd eləmədən dedim: “Nüsrətin kitabı da mükafata layiqdir. Birimiz alsaq, digərimiz kənarda qalsaq, haqsızlıq olar və heç birimizə nuş olmaz!”

Ayaq saxladı və güldü: “Şükür, ilk dəfədir, yazıçılarımızdan birini dostunu müdafiə edən görürəm. Yoxsa kimi dindirirsən, deyir, əvvəlcə mən. Yaxşı, sənin rəyini nəzərə alarıq!” dedi və dəstəyə qoşulduq. O il ikimiz bir yerdə aldıq mükafatı; sovet-komsomol ideologiyasına qətiyyən aidiyyəti olmayan, milli ruhlu kitablarımıza görə...

1988-ci ilin mitinqləri, Meydan – həm də ziyalıların sınaq meydanıydı, sözlə işin nə qədər uyğunluğunun su üzünə çıxan çağlarıydı. O zaman Nüsrət çoxlarından fərqli olaraq, xalqın arasındaydı, alovlu çıxışlar edirdi, sonra da 20 Yanvara, Şuşaya, Xocalı faciəsinə, itən torpaqlarımıza və şahidi olduğu xəyanətlərə yanğılı şeirlər yazdı...

...Bir gün Gündüz mənə zəng vurub gözlənilməz bir xəbər verdi: “Ata, bilirsənmi, Nüsrət əmi qəzaya düşüb...” Nüsrət usta sürücü olduğundan bu xəbər məni təəccübləndirdi: “Özü əzilməyib ki?” deyə soruşdum. “Nə əzilmə, deyirlər, ölüb”. Səsi titrədi. Danışığımızı kəsdim. Hara zəng vurum? Bir də gördüm qeyri-ixtiyari Nüsrətin öz nömrəsini yığmışam. Və cavabı da o özü verdi... İnsanların həyatında nadir hallarda ortaya çıxan bir durumdur. “Qardaş, şükür sağ-salamatsan!” “Hə, şəhərə başqa xəbər yayılsa da, salamatam, – dedi. – Bir möcüzəylə xilas olmuşam. Qatar maşınımı 20 metr sürüklədi, amma özümə bir şey olmadı”. “Düş evin yanına, gəlirəm” – dedim.

Görüşdük, hələ həyəcanı keçməmişdi. “Bulaq suyu olsa, içərdim” – dedi. Getdik, o vaxt Əzizbəyov körpüsünün o üzündə yeni açılmış “Qəbələ” restoranına. Səhəngdə sərin bulaq suyu gətirdilər. Yenidən üz-üzə oturmağımızın şərəfinə süfrə açdırdım. Qədəhi əlinə götürüb sakitcə “Mən indi ölmüş olmalıydım. Yaxın dostum kimi üstümdə əsas sözü sən deyəcəkdin. Şükür, sağam, ancaq orda nə deyəcəkdinsə, onu indi de, eşitmək istəyirəm”.

- Başın yerindədir? – deyə soruşdum.

- Yerindədir.

- Tamam, indi ki, bu qəzadan salamat adlamısan, arzunu yerinə yetirim.

Təbii ki, ağlıma gələn vida sözünü görüşümüzün sevincinə çevirib söylədim, ondan sonra nə deyə biləcəyimi zarafata çevirdim. Hələ hansımızın tez gedəcəyi bəlli deyildi. Sonra Təbrizdə müalicədən qayıdanda da orda görüşmüşdük və hətta Təbrizdə də ev üçün, uşaqları üçün, Bakı üçün darıxdığını demişdi.

O son görüşlərdə şair qardaşımın şərəfinə nə dediyim yadımda deyil. Yəqin elə bu məqalədə yazdıqlarıma bənzər nələrisə demişdim və sağlığında eşitmişdi...

80 yaşın qutlu olsun, ölməz dost!




Müəllif
Sabir Rüstəmxanlı

Oxunub: 3 524
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 13:43 | Zəngəzurda saxlanılan azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı
    Bu gün, 13:40 | Dövlət İdarəçilik Akademiyası ilə bağlı iddialara rəsmi cavab
    Bu gün, 13:38 | Azərbaycanda avtomobil qəzalarının dəhşətli statistikası: 500 ölü, 640 yaralı
    Bu gün, 12:34 | Türkiyə-Azərbaycan savaşı? - Fazil Mustafa təhqir etdi
    Bu gün, 12:33 | İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilməyib?
    Bu gün, 12:32 | İnternet 3 ay olmayacaq, banklardakı pullar silinəcək?
    Bu gün, 09:27 | Qaxda 125 ağac kəsərək nazirliyə 34 minlik zərər vuran şəxsə elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
    Bu gün, 09:25 | Fidanla görüşdüm, əsas vasitəçi Türkiyədir - Sibiqa
    Bu gün, 09:20 | Yeniliyin və inkişafın ünvanı : Qazax
    Bu gün, 09:13 | 48 yaşlı Samirənin həyatına son qoyan divar: “Malasız üst-üstə yığıblar” - Video
    Bu gün, 09:09 | UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulur: Bu gün hansı oyunlar keçiriləcək?
    Bu gün, 09:01 | Azərbaycana sərt qış gəlir: bu bölgələrdə güclü qar gözlənilir - SİYAHI
    Bu gün, 08:19 | Abbasov millinin qələbəsini şərh etdi: Bunlar məni sevindirir
    Bu gün, 08:12 | "ChatGPT" boşanmalara səbəb olmağa başlayıb
    Bu gün, 08:10 | Ailəsindən ayrılan kişinin başqa qadınla meyiti tapıldı - İki nəfərin müəmmalı ölümündə yeni detallar
    Bu gün, 08:05 | "Müqəddəsliyin arxasında çirkinliklər gizlənir" - Ziya Ağa teatrın problemlərini açdı - Video
    Bu gün, 07:56 | Gənc yaşda böyrək xərçəngini necə müəyyən etmək olar?
    Bu gün, 07:30 | Həkim qəfil tərləmənin qeyri-adi səbəblərini açıqladı
    Bu gün, 07:28 | CNN: İran Vaşinqtonda Tramp administrasiyası rəsmilərinə hücumlar hazırlayır
    Bu gün, 07:25 | Qaz xətti zədələndi, bir sıra kəndlər qazsız qaldı
    Bu gün, 07:20 | Millətlər Liqası: Almaniya Niderlandı darmadağın etdi
    Bu gün, 07:18 | Toxluq hissi yaratmadan orqanizmi məhv edən nələrdir?
    Bu gün, 07:00 | Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib
    Bu gün, 00:37 | Azərbaycanda Milli Dirçəliş Günüdür
    Bu gün, 00:12 | Bakıda 50 ildən çox yaşı olan park belə məhv olur - Video
    Bu gün, 00:09 | Rektor “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində AzTU-ya qəbul olunan əcnəbi tələbələrlə görüşüb
    Dünən, 23:50 | Azərbaycan millisi Andorraya qalib gəldi
    Dünən, 22:42 | MƏDƏNİ NARAZILIQ... - Yazıçı Anar kimdən kimə şikayət edir?
    Dünən, 20:31 | İran Zəngəzura hücuma hazırlaşır – Tehranda Ermənistan düşmən ölkə elan edildi
    Dünən, 20:26 | İcra başçısı ilə şəhid atası dalaşdı – VİDEO
    Dünən, 18:06 | Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlandı - FOTO
    Dünən, 18:04 | Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirildi
    Dünən, 18:02 | Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir
    Dünən, 17:19 | 500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün ŞOK QƏRAR
    Dünən, 17:17 | Yaxınları mərhumun bu vəsiyyətini yerinə yetirsə, günah qazanırlar – AÇIQLAMA
    Dünən, 16:54 | İcra başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub
    Dünən, 16:44 | Bakıda məşhur restorandakı yanğın söndürüldü - Foto/Video
    Dünən, 16:21 | Yeni tələb müəllimlərin narazılığına səbəb oldu - "Auditoriyada dərs keçmək özü işgəncədir"
    Dünən, 16:19 | Qara dənizdə yük gəmizi batdı: 12 Türkiyə vətəndaşı itkin düşdü
    Dünən, 16:07 | Bakıda obyekt yanır: bu yol bağlandı - Video
    Dünən, 14:57 | Azərbaycan–NATO tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə olunub
    Dünən, 14:42 | Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin cinayət işi məhkəməyə göndərilib
    Dünən, 14:30 | İşdən çıxarılan generala yeni vəzifə verildi
    Dünən, 14:28 | Dəniz kənarı ilə gedən avtobusun hərəkət sxemi dəyişdirildi
    Dünən, 14:14 | Minimum əmək haqqı 500 manat civarında olacaq
    Dünən, 14:13 | İlham Əliyev daha 2 fərman imzaladı
    Dünən, 14:12 | "Traktor"un oyunu ən çox izlənilən 2-ci matç oldu
    Dünən, 13:18 | “Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilir
    Dünən, 13:17 | Müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib
    Dünən, 13:13 | Noyabrın 17-də hava belə olacaq
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.