Mediaxeberleri.az
    
  • Vəzifəli şəxs işdən çıxarıldı, cinayət işi açıldı
    Vəzifəli şəxs işdən çıxarıldı, cinayət işi açıldı
  • 
  • Naxçıvanın qarlı havasından FOTOLAR
    Naxçıvanın qarlı havasından FOTOLAR
  • 
  • Azərbaycan idmanına ağır itki - FOTO
    Azərbaycan idmanına ağır itki - FOTO
  • 
  • “Qarabağ” Futbol Akademiyasının meneceri: Altı oyuna 30 qol buraxmaq yaxşı nəticə deyil - MÜSAHİBƏ
    “Qarabağ” Futbol Akademiyasının meneceri: Altı oyuna 30 qol buraxmaq yaxşı nəticə deyil - MÜSAHİBƏ
  • 
  • Üç milyonluq cinayətlə bağlı general ifadə verdi: "Dedim ki, şabalıd işinə baxırıq, monopolistik"
    Üç milyonluq cinayətlə bağlı general ifadə verdi: "Dedim ki, şabalıd işinə baxırıq, monopolistik"
  • 
  • “BU QƏDƏR NAZİRLİK, KOMİTƏ VƏ APARATA LÜZUM YOXDUR” – “Əvvəl 130 manatla mümkün olan bazarlığı indi 400 manatla etmək olmur”
    “BU QƏDƏR NAZİRLİK, KOMİTƏ VƏ APARATA LÜZUM YOXDUR” – “Əvvəl 130 manatla mümkün olan bazarlığı indi 400 manatla etmək olmur”
  • 
  • Yas mərasimlərində yeni TREND: Dəfnetmədə vağzalı səsləndirmək dində necə qarşılanır?
    Yas mərasimlərində yeni TREND: Dəfnetmədə vağzalı səsləndirmək dində necə qarşılanır?
  • 
  • DÖVLƏT GÖMRÜK KOMİTƏSİNDƏ HƏBSLƏR, İRANA QAÇANLAR VAR - Saxlanılanlar kimlərin övladlarıdır? + YENİ DETALLAR (Yenilənib)
    DÖVLƏT GÖMRÜK KOMİTƏSİNDƏ HƏBSLƏR, İRANA QAÇANLAR VAR - Saxlanılanlar kimlərin övladlarıdır? + YENİ DETALLAR (Yenilənib)
  • 
  • “DÖVLƏT VƏSAİTLƏRİNİ MƏNİMSƏYİB, RÜŞVƏT ALIB...” – DTX görüntüləri yaydı + VİDEO
    “DÖVLƏT VƏSAİTLƏRİNİ MƏNİMSƏYİB, RÜŞVƏT ALIB...” – DTX görüntüləri yaydı + VİDEO
  • 
  • “AZƏRBAYCANDA CİDDİ VƏ DAHA DƏRİN İSLAHATLARA EHTİYAC VAR” - “Əsas diqqət daxili məsələlərə yönəldilməlidir...”
    “AZƏRBAYCANDA CİDDİ VƏ DAHA DƏRİN İSLAHATLARA EHTİYAC VAR” - “Əsas diqqət daxili məsələlərə yönəldilməlidir...”
  • 
  • Ağstafada rəssam Nəvai Mətinin 60 illik yubileyi qeyd olundu
    Ağstafada rəssam Nəvai Mətinin 60 illik yubileyi qeyd olundu
  • 
  • "Uşaq Avroviziyası" təmsilçimiz: "Özümü ilk beşlikdə gözləyirdim"
    "Uşaq Avroviziyası" təmsilçimiz: "Özümü ilk beşlikdə gözləyirdim"
  • 
  • Bakıda restoranda dana əti adı ilə görün nə təqdim edildi
    Bakıda restoranda dana əti adı ilə görün nə təqdim edildi
  • 
  • Məktəbli qanını içdikdən sonra XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ
    Məktəbli qanını içdikdən sonra XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ
  • 
  • BAKIDA LİMANDA “MAFİYA FİLMİ” SSENARİSİ - 3 milyonu aradan çıxardılar + ADLAR
    BAKIDA LİMANDA “MAFİYA FİLMİ” SSENARİSİ - 3 milyonu aradan çıxardılar + ADLAR
  • 
  • "Simurq quşu" tamaşası Qazaxda nümayiş etdirilib – FOTOLAR
    "Simurq quşu" tamaşası Qazaxda nümayiş etdirilib – FOTOLAR
  • 
  • Nərimanov rayonundakı səki piyadalar üçün yararsız vəziyyətə düşüb - VİDEO
    Nərimanov rayonundakı səki piyadalar üçün yararsız vəziyyətə düşüb - VİDEO
  • 
  • Ağstafada Nüsrət Kəsəmənlinin 80 illik yubileyi qeyd olundu - FOTOLAR
    Ağstafada Nüsrət Kəsəmənlinin 80 illik yubileyi qeyd olundu - FOTOLAR
  • 
  • Bakıda ticarət mərkəzinin qarşısında suyun içində yol: Piyadalar təhlükə ilə üz-üzə qalıblar - VİDEO
    Bakıda ticarət mərkəzinin qarşısında suyun içində yol: Piyadalar təhlükə ilə üz-üzə qalıblar - VİDEO
  • 
  • "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
    "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
  • 
  • Misli Premyer Liqası: "Qarabağ"dan "Qəbələ" üzərində minimalhesablı qələbə
    Misli Premyer Liqası: "Qarabağ"dan "Qəbələ" üzərində minimalhesablı qələbə

Son xəbərlər :
  • Vergi güzəştləri bu şəxslərə şamil EDİLMƏYƏCƏK — AÇIQLAMA
  • Azərbaycanın atletika üzrə milli komandasına yeni baş məşqçi təyin edildi
  • “İndi varlı olmaq qorxuludur, bir də baxırsan, içəridədir”
  • İlham Əliyev: "Son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa etmişik"
  • Xətai rayonunda ağaclar kəsildi: Toplanan materiallar Baş Prokurorluğa göndəriləcək
  • PREZİDENT YENİ NAZİR MÜAVİNİ TƏYİN ETDİ - Natiq Həsənov kimsir? + DOSYE (Yenilənib)
  • Astaranın deputatı balıq biznesinə girişib
  • Növbəti səyyar görüş Vurğun qəsəbəsində keçirildi
  • Vəhdət Partiyası paytaxtın üç qəsəbəsi ilə bağlı AYNA-ya müraciət etdi: 60 minə yaxın vətəndaş razı qalacaq
  • Naxçıvanda yüksək vəzifəyə təyinat
  • Bələdiyyə sədrinin ölkədən çıxışına “stop” qoyuldu
  • Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
  • Küçələr asfaltlanıb, işqılandırma sistemləri yenilənib - Qazaxdan REPORTAJ
  • Nazirdən yüksək vəzifəyə TƏYİNAT
  • Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılışı keçirilir, İlham Əliyev tədbirdə çıxış edib
  • Çayxanada müəllimi bıçaqlayan şəxsə AĞIR CƏZA
  • Rubl bahalaşdı - MƏZƏNNƏ
  • Tramp “xilaskar planını” işə saldı: İrana hər an hücum ola bilər
  • “Qarabağ” 19 yaşlı hücumçu alır - 2 milyona
  • Orqanizmin susuzlaşmasının ilkin əlamətləri: Təhlükəni necə bilmək olar?
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ” – MÜASİR AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN KONSEPTUAL MƏRHƏLƏSİ - Xalid Niyazovun YAZISI

  • Tarix: 7-01-2026, 20:17

Xalid Niyazov,

Əməkdar jurnalist,

Siyasi elmlər doktoru

dövlət idarəçiliyində siyasi qərarların effektivliyi təkcə normativ aktların mövcudluğu ilə deyil, onların cəmiyyət tərəfindən necə qavranılması, hansı ideoloji və dəyər çərçivəsində təqdim olunması ilə də müəyyən edilir. Bu baxımdan Prezidentin sərəncamı ilə ayrı-ayrı illərin konkret sahələrə və ya anlayışlara həsr edilməsi praktikası Azərbaycan Respublikasında artıq təsadüfi siyasi jest deyil, institusional fəaliyyətin koordinasiyası və ictimai şüurun istiqamətləndirilməsi baxımından kompleks hüquqi-siyasi mexanizm kimi formalaşmışdır.

Sözügedən model dövlətin strateji prioritetlərini cəmiyyətə sistemli şəkildə ötürən, hüquq, siyasət və ideologiya arasında əlaqə yaradan xüsusi idarəetmə mexanizmi funksiyasını yerinə yetirir.


“Tematik illər” ənənəsinin hüquqi-siyasi mahiyyəti


Azərbaycan Respublikasında “tematik illər” Prezidentin sərəncamı əsasında elan olunur və bu sərəncamlar hüquqi baxımdan klassik normativ aktlar kateqoriyasına daxil olmasa da, strateji yönləndirici hüquqi sənədlər kimi çıxış edir. Bu kontekstdə sözügedən sərəncamlar “yumşaq hüquq” (soft law) anlayışına yaxınlaşır. Onların hüquqi gücü məcburedici xarakterdən deyil, siyasi legitimlikdən və institusional nüfuzdan qaynaqlanır. Prezidentin siyasi iradəsi bu mexanizm vasitəsilə dövlətin strateji prioritetlərini ictimai şüur səviyyəsinə çıxarır və normativ aktlarla ideoloji diskurs arasında funksional körpü yaradır.

Siyasi və ideoloji funksiyasına gəldikdə, bu model dövlətin prioritetlərini ictimai şüura kodlaşdırır, cəmiyyətdə vahid dəyər diskursu yaradır, siyasi legitimliyi tarixi və hüquqi arqumentlərlə möhkəmləndirir, eyni zamanda dövlətin ideoloji kommunikasiya mexanizmi kimi çıxış edir. Məsələn, “Multikulturalizm ili”, “İslam Həmrəyliyi ili”, “Şuşa ili” və “Heydər Əliyev ili” kimi qərarlar hüquqi mətn olmaqla yanaşı, cəmiyyət üçün dəyər yönümlü mesajlar daşıyır. Beləliklə, hüquq və ideologiya arasında qarşılıqlı əlaqə yaranır və dövlət siyasəti normativ çərçivədən çıxaraq konseptual idarəetmə modelinə çevrilir.



Yola saldığımız “Konstitusiya və Suverenlik ili”nin elmi-siyasi mahiyyəti yalnız hüquqi nizamın bərpası ilə məhdudlaşmır. Bu il, eyni zamanda, Azərbaycanın xarici siyasət, iqtisadi inkişaf və beynəlxalq mövqelərinin keyfiyyətcə yeni mərhələyə adladığı tranzit dövrü kimi xarakterizə olunur. Dövlət suverenliyi burada yalnız konstitusion norma deyil, real siyasi, iqtisadi və diplomatik fəaliyyətin nəticəsi kimi təzahür edir.

Konstitusiya və real dövlət suverenliyi


Dövlət suverenliyi anlayışı hüquq nəzəriyyəsində ali və bölünməz hakimiyyət kimi təqdim olunsa da, müasir konstitusionalizm bu anlayışı yalnız normativ statusla məhdudlaşdırmır. Suverenliyin real mövcudluğu onun faktiki icra imkanları, dövlət institutlarının fəaliyyət dairəsi və hüquqi nəzarət mexanizmlərinin işləkliyi ilə müəyyən edilir. Bu baxımdan normativ suverenliklə faktiki suverenlik arasında fərq postmünaqişə dövlətləri üçün əsas nəzəri problemdir.

Azərbaycan Respublikasının 1995-ci il tarixli Konstitusiyası dövlətin suverenliyini və ərazi bütövlüyünü aydın şəkildə təsbit etsə də, uzun müddət bu normaların bütün ölkə ərazisində tam tətbiqi mümkün olmamışdır. Bu mərhələdə konstitusion suverenlik hüquqi ideal kimi mövcud idi. Beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü tanıyırdı, lakin faktiki idarəetmə reallığı bu tanınma ilə üst-üstə düşmürdü.



2020-ci ildə baş vermiş hərbi-siyasi hadisələr və onların nəticələri bu ziddiyyəti aradan qaldırdı. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasında (Nyu-York, 24 sentyabr 2020-ci il) səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi!” bəyanatı yalnız siyasi ritorika deyil, Konstitusiyada təsbit olunmuş ərazi bütövlüyü prinsipinin beynəlxalq hüquqi müstəvidə qəti və açıq ifadəsi idi. Bu çıxış konstitusion normanın faktiki siyasi fəaliyyətə çevrilməsinin başlanğıc nöqtəsi kimi çıxış etdi.

Beləliklə, Azərbaycan dövlətçiliyində normativ suverenlik mərhələsindən funksional suverenlik mərhələsinə keçid baş verdi. Dövlət hakimiyyəti öz yurisdiksiyasını bütün ölkə ərazisində real şəkildə bərpa etdi, konstitusion normalar faktiki idarəetmə alətinə çevrildi. Bu proses “Konstitusiya və Suverenlik ili” çərçivəsində hüquqi baxımdan yekunlaşdırıldı və suverenliyin artıq yalnız tanınan deyil, reallaşdırılan anlayış olduğunu təsdiqlədi.

Vaşinqton görüşləri: sülh arxitekturası, strateji tərəfdaşlıq və yeni siyasi-legitimlik müstəvisi


Müasir beynəlxalq münasibətlər sistemində suverenlik yalnız daxili hüquqi aktlarla deyil, eyni zamanda beynəlxalq tanınma, legitimlik və müqavilə öhdəlikləri ilə möhkəmləndirilir. Postmünaqişə mərhələsində Azərbaycan Respublikasının xarici siyasət fəaliyyəti bu baxımdan konstitusion suverenliyin beynəlxalq müstəvidə təsdiqi kimi çıxış edir.

Ötən 2025-ci il xarici siyasət müstəvisində Azərbaycan balanslaşdırılmış və prinsipial xəttini qoruyaraq, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirmişdir. ABŞ, Avropa İttifaqı, Rusiya, Çin, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı ilə paralel və qarşılıqlı maraqlara əsaslanan əlaqələr Azərbaycanın müstəqil və çoxvektorlu xarici siyasət kursunun praktik təsdiqidir.



Prezident İlham Əliyevin ABŞ Prezidentinin dəvəti ilə Vaşinqtona işgüzar səfəri (07 avqust 2025) bir neçə paralel xətt üzrə dəyərləndirilə bilər: dövlətlərarası siyasi dialoq; enerji–iqtisadi əməkdaşlıq; regional təhlükəsizlik və normallaşma gündəliyi. Rəsmi məlumatda səfərin məhz ABŞ Prezidentinin dəvəti ilə baş tutması, səfərin dövlət protokolu baxımından yüksək səviyyəsini göstərir.

Dövlət başçısının Vaşinqtonda keçirdiyi yüksək səviyyəli görüşlər Azərbaycanın postmünaqişə dövründə beynəlxalq münasibətlərdə tutduğu mövqenin keyfiyyətcə dəyişdiyini nümayiş etdirməklə qalmamış, regional təhlükəsizlik, enerji və nəqliyyat layihələrində əsas aktor kimi qəbul edildiyini göstərmişdir. Bu görüşlər Azərbaycanın artıq regional problemlərin müzakirə obyekti deyil, regional və qlobal gündəliyin formalaşmasında iştirak edən və hətta bəzən “oyun qaydalarını” müəyyənləşdirən siyasi aktor olduğunu bir daha bəyan etdi.

Ermənistanla sülhyaratma prosesində Prezident İ.Əliyevin dəfələrlə vurğuladığı “Sülh yalnız qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınması əsasında mümkündür” mövqeyi danışıqların hüquqi çərçivəsini aydın şəkildə müəyyən edir. Belə bir yanaşma beynəlxalq hüququn əsas prinsipləri ilə – dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmama prinsipləri ilə tam uzlaşmaqla sülhü siyasi kompromis kimi deyil, konstitusion və beynəlxalq hüquqa əsaslanan normativ proses kimi təqdim edir.

Azərbaycanın bu mövqeyi beynəlxalq hüququn əsas prinsipləri – dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmama prinsipləri ilə tam uzlaşır. Bu, Azərbaycanın sülh təşəbbüslərinin taktiki deyil, strateji və normativ xarakter daşıdığını göstərir.

Vaşinqton görüşləri eyni zamanda Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri və regional sabitlik məsələlərində etibarlı tərəfdaş kimi qəbul edildiyini təsdiqləmişdir. Bu amil suverenliyin yalnız hüquqi deyil, geosiyasi və iqtisadi ölçülərə malik olduğunu sübut edir.

Əgər Vaşinqton diplomatik xəttinin bir cinahını sülh gündəliyinin institusional çərçivəsi təşkil edirdisə, ikincisini ABŞ–Azərbaycan strateji dialoqunun yeni formatının təşkil etdiyini söyləmək mümkündür. Həmin günlərdə Vaşinqtonda ABŞ–Azərbaycan strateji işçi qrupu mexanizmi formalaşdı. Birincisi, 2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və ABŞ Prezidentinin iştirakı ilə görüşün nəticələrinə dair Birgə Bəyannamə imzalanması, sülh prosesinin “epizodik diplomatiya”dan çıxıb mətn, prosedur və beynəlxalq müşahidə müstəvisinə keçirilməsi kimi qəbul edilə bilər. Bəyannamədə sülh sazişinin razılaşdırılmış mətninin paraflanmasına şahidlik, sonda imzalanma və ratifikasiya üçün əlavə addımların davam etdirilməsi, eləcə də regional kommunikasiya xəttinin açılması kimi müddəalar sülhün “niyyət” deyil, hüquqi nəticə doğuran proses kimi təqdim edildiyini göstərdi.

İkincisi, həmin günlərdə Vaşinqtonda ABŞ–Azərbaycan strateji işçi qrupu mexanizmi formalaşdı. 29 avqust 2025-ci il tarixli mətnləşdirilmiş Anlaşma Memorandumu bu mexanizmin “nəyə xidmət etdiyini” açıq şəkildə ifadə etdi: Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün işçi qrupun yaradılması və əsas fokusun üç blokda cəmlənməsi – enerji-ticarət-tranzit və regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil iqtisadi sərmayələr, təhlükəsizlik əməkdaşlığı.

Vaşinqton gündəliyində iqtisadi/enerji komponenti ayrıca önəmlidir. 07 avqust 2025-ci ildə ABŞ Prezidentinin xüsusi elçisi ilə görüş zamanı SOCAR ilə “ExxonMobil” arasında əməkdaşlıq memorandumunun imzalanması dövlətin beynəlxalq enerji bazarındakı mövqeyini və iqtisadi suverenliyin dayanıqlığını gücləndirən fakt kimi qiymətləndirilə bilər. Burada məntiq sadədir: müasir dünyada “iqtisadi dayanıqlıq” suverenliyin praktiki bazasıdır. Bu məqam Prezidentin Xankəndidəki çıxışında “Güclü iqtisadiyyat müstəqillik deməkdir” tezisi ilə konseptual şəkildə ifadə olunur.

Nəticə etibarilə, Vaşinqton xətti “Konstitusiya və Suverenlik İli”nin beynəlxalq ölçüsünü gücləndirdi: suveren hüquqi iradə (daxili legitimlik) – sülh sənədləşməsi və tərəfdaşlıq mexanizmləri (xarici legitimlik) – iqtisadi/enerji dayaqları (dayanıqlı legitimlik).

Türk dünyası platforması və suverenliyin sivilizasion ölçüsü


Müasir beynəlxalq münasibətlər sistemində suverenlik anlayışı getdikcə daha çox regional inteqrasiya prosesləri ilə uzlaşdırılmalıdır. Qloballaşma, regional inteqrasiya prosesləri və çoxtərəfli platformaların artan rolu dövlətləri suverenlik və əməkdaşlıq arasında tarazlıq axtarışına sövq edir. Bu baxımdan Azərbaycan Respublikasının Türk dünyası ilə əlaqələri çərçivəsində formalaşdırdığı siyasət suverenliyin sivilizasion ölçüsünü üzə çıxaran mühüm model kimi qiymətləndirilə bilər.




Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində fəallığı klassik siyasi və ya hərbi ittifaq məntiqinə əsaslanmır. Burada söhbət ortaq tarixi-mədəni yaddaş, dil birliyi və sivilizasion yaxınlıq əsasında qurulan əməkdaşlıq platformasından gedir. Bu əməkdaşlıq modelində suverenlik zəifləyən yox, əksinə möhkəmlənən kateqoriya kimi çıxış edir.

Prezident İlham Əliyevin hələ 2024-cü ildə Türk Dövlətləri Təşkilatının zirvə görüşlərində səsləndirdiyi “Türk dünyasının gücü suveren dövlətlərin həmrəyliyindədir” fikri suverenlik anlayışının yalnız milli deyil, regional-sivilizasion dəyər kimi təqdim olunduğuna ismarıcdır. Bu tezis göstərir ki, Azərbaycan üçün inteqrasiya milli suverenliyin alternativi deyil, onun genişlənmiş təsir mühitidir.

Sivilizasion suverenlik anlayışı burada xüsusi əhəmiyyət kəsb edir. Klassik suverenlik modeli əsasən ərazi, sərhəd və siyasi hakimiyyət üzərində qurulursa, sivilizasion ölçü mədəni özünüdərk, tarixi davamlılıq və kollektiv identiklik elementlərini ön plana çıxarır. Azərbaycan bu iki ölçünü qarşı-qarşıya qoymur, əksinə onları tamamlayan komponentlər kimi təqdim edir.

Türk dünyası kontekstində Azərbaycan modeli onu göstərir ki, milli dövlət öz konstitusion əsaslarını qoruyur, müstəqil xarici siyasət yürüdür, lakin eyni zamanda ortaq sivilizasion platformada fəal iştirak edir. Belə bir yanaşma suverenliyin təcrid olunma deyil, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq üzərində qurulduğunu sübut edir. Azərbaycan bu platformada təşəbbüskar rol oynayaraq, Türk dünyasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat və enerji layihələrinin koordinasiyası istiqamətində mühüm addımlar atmışdır.



Xüsusilə postmünaqişə dövründə Türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstək sivilizasion həmrəyliyin praktiki ifadəsi kimi çıxış etmişdir. Bu dəstək təkcə siyasi bəyanatlarla məhdudlaşmamış, beynəlxalq platformalarda Azərbaycanın mövqeyinin güclənməsinə real töhfə vermişdir.

Beləliklə, Azərbaycan modeli göstərir ki, postmünaqişə dövründə regional birliklər dövlət suverenliyini zəiflətmir, əksinə onu kollektiv legitimlik və strateji dərinliklə gücləndirir. Türk dünyası kontekstində bu, yalnız siyasi deyil, eyni zamanda mədəni və tarixi bağlılıq əsasında formalaşan sivilizasion platformadır. “Konstitusiya və Suverenlik ili” çərçivəsində həmin siyasət Azərbaycanın dövlətçilik modelinin regional deyil, sivilizasion miqyasda aktuallıq qazandığını göstərdi.

“Konstitusiya və Suverenlik ili”ndə Azərbaycanın beynəlxalq nüfuzu


“Konstitusiya və Suverenlik ili”nin məzmunu və siyasi-fəlsəfi mahiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin sistemli təhlili olmadan tam şəkildə açıla bilməz. Çünki 2025-ci il təkcə institusional proseslərin məcmusu deyil, mərkəzində Prezidentin siyasi iradəsinin, əzm və qətiyyətinin, müzəffər sərkərdə və lider şücaətinin dayandığı dövlətçilik mərhələsidir.

Prezident İlham Əliyevin Konstitusiya və Suverenlik ili çərçivəsindəki fəaliyyəti ilk növbədə konstitusion suverenliyin praktik təminatı ilə səciyyələnir. Dövlət başçısının rəhbərliyi altında Konstitusiyanın bütün ölkə ərazisində real icrası, dövlət hakimiyyətinin vahidliyi və hüquqi nəzarət mexanizmlərinin işlək vəziyyətə gətirilməsi suverenliyin artıq hüquqi prinsip yox, faktiki dövlət vəziyyəti olduğunu göstərdi. Bu mərhələdə Prezident institusional sabitliklə strateji idarəetməni uzlaşdıran əsas siyasi fiqur kimi çıxış edir.

Xarici siyasət müstəvisində Prezident İlham Əliyevin fəaliyyəti qeyd etdiyimiz kimi Azərbaycanın beynəlxalq münasibətlərdə müstəqil və prinsipial aktor kimi mövqeyini daha da möhkəmləndirmişdir. ABŞ, Avropa İttifaqı, Rusiya, Çin, İslam dünyası və Türk dövlətləri ilə paralel və balanslaşdırılmış siyasi dialoq Azərbaycanın suveren xarici siyasət modelinin yetkin mərhələyə daxil olduğunu göstərdi. Xüsusilə Ermənistanla sülhyaratma prosesində Prezidentin hüquqa əsaslanan mövqeyi Azərbaycanın regional liderlik iddiasını deyil, regional məsuliyyət daşıyan dövlət statusunu ön plana çıxarmışdır.

Region miqyasında Azərbaycan artıq yalnız geosiyasi obyekt deyil, regional siyasi və iqtisadi arxitekturanın formalaşmasında iştirak edən subyekt kimi çıxış etməyə başlamışdır. Cənubi Qafqazda təhlükəsizlik, nəqliyyat və enerji gündəliyinin təşəbbüskarı kimi Prezident İlham Əliyev Azərbaycanın mövqeyini uzunmüddətli sabitlik konsepsiyası üzərində qurmuşdur. Bu, suverenliyin yalnız müdafiə deyil, yaradıcı və konstruktiv siyasi kateqoriya olduğunu nümayiş etdirir.

MDB məkanında Azərbaycanın nüfuzu xüsusilə diqqətəlayiqdir. Post-sovet dövlətləri arasında Azərbaycan nadir nümunədir ki, ərazi bütövlüyünü bərpa etdikdən sonra suverenliyini revizionist deyil, hüquqa əsaslanan model üzərindən möhkəmləndirmişdir. Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan güc tətbiqindən sonra belə hüquqi çərçivəyə qayıdan və regionda sabitliyi təşviq edən dövlət kimi qəbul olunur.

Beynəlxalq miqyasda isə Azərbaycan Prezidentinin fəaliyyəti ölkəni enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və sülh diplomatiyası sahəsində etibarlı tərəfdaş statusuna yüksəltmişdir. Avropa enerji bazarındakı rolu, qlobal logistika marşrutlarındakı mövqeyi və çoxtərəfli diplomatik platformalarda tutduğu prinsipial xətt Azərbaycanın suverenliyinin beynəlxalq legitimliyini daha da möhkəmləndirmişdir.

İqtisai siyasətin prioritetləri

2025-ci ildə Prezident İlham Əliyevin iqtisadi strategiyası struktur islahatlarına əsaslanmışdır. Xüsusilə real sektorun genişləndirilməsi və qeyri-neft sahələrinin dayanıqlı inkişafı iqtisadi siyasətin əsas dayaqlarından biri olmuşdur. Sənaye parklarının, texnoparkların və aqrar istehsal zonalarının fəaliyyəti nəticəsində iqtisadi artımın mənbələri diversifikasiya edilmişdir. Bu yanaşma Azərbaycan iqtisadiyyatını dayanıqlı və şaxələndirilmiş struktura doğru aparmış, iqtisadi təhlükəsizlik anlayışını təkcə enerji gəlirləri ilə məhdudlaşdırmayan yeni model formalaşdırmışdır.

Ötən ildə bilik, innovasiya və rəqəmsallaşma iqtisadi inkişafın əsas dayaqlarından birinə çevrilmişdir. Dövlət başçısının təşəbbüsü ilə startap ekosistemi genişlənmiş, elmin iqtisadiyyata inteqrasiyası gücləndirilmiş, insan kapitalı iqtisadi siyasətin mərkəzinə yerləşdirilmişdir.



Xarici investisiyaların cəlbi 2025-ci ildə hüquqi sabitlik, mülkiyyət toxunulmazlığı və makroiqtisadi tarazlıq prinsipləri üzərində qurulmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan investisiya siyasəti ölkəni regional miqyasda etibarlı tərəfdaş kimi mövqeləndirmişdir. İnvestisiya axınlarının əsasən yüksək əlavə dəyər yaradan sahələrə yönəlməsi iqtisadi modernləşmənin keyfiyyət göstəricisi kimi qiymətləndirilə bilər.

Bütövlükdə, 2025-ci il ölkə iqtisadiyyatına xarici investisiyaların həcmində kəmiyyət artımı yox, keyfiyyət transformasiyası ili kimi yadda qalmışdır. İlin fərqləndirici cəhəti ondan ibarətdir ki, xarici investisiyalar artıq əsasən emal sənayesinə, nəqliyyat-logistika qovşaqlarına, yaşıl enerji və rəqəmsal infrastruktura yönəlmişdir.

Əgər 2005–2015-ci illərdə birbaşa xarici investisiyaların 70–75%-i enerji sektoruna yönəlirdisə, 2020-ci illərin ortalarında bu göstərici 50%-dən aşağı düşmüşdür. Bu, investisiya siyasətinin struktur dəyişməsini göstərir.

2025-ci ildə enerji siyasəti Azərbaycan üçün təkcə iqtisadi deyil, həm də strateji-siyasi resurs funksiyası daşımışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə enerji əməkdaşlığı çoxşaxəli xarakter almış, xüsusilə Avropa bazarları ilə əlaqələr möhkəmləndirilmişdir. Paralel olaraq, bərpa olunan enerji sahəsində atılan addımlar ölkənin enerji strategiyasının uzunmüddətli dayanıqlığını təmin etmişdir.

Yola saldığımız ildə Azərbaycan qazının Avropaya ixracı strateji əhəmiyyət daşıyan sabit mexanizmə çevrilmişdir. Azərbaycan qazı 10–12 Avropa ölkəsinin enerji balansına daxil edilmiş, Avropaya ixrac həcmi 2021-ci illə müqayisədə iki dəfəyə yaxın artmışdır.

Müqayisə: Norveç texniki səbəblərdən hasilatı artırmaqda çətinlik çəkdiyi, Rusiya isə siyasi risklərə görə bazardan kənarlaşdırıldığı halda, Azərbaycan etibarlı və proqnozlaşdırılan təchizatçı statusunu möhkəmləndirmişdir. Yaşıl enerji postmünaqişə inkişaf modelinin dayağına çevrilmişdir. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi planlaşdırılması yalnız ekoloji deyil, siyasi və iqtisadi rasionallığa əsaslanan qərardır.

Ötən il qeyri-neft sektorunun real çəkisində əhəmiyyətli artım baş vermişdir. Əgər 2010-cu illərin əvvəllərində qeyri-neft sektorunun iqtisadiyyatda rolu əsasən normativ hədəf kimi səsləndirilirdisə, 2025-ci ildə bu sahə artıq struktur nəticə statusu qazanmışdır. Son illərin makroiqtisadi dinamikası göstərir ki, ÜDM artımında qeyri-neft sektorunun payı 60–65%-dən yuxarı olmuşdur; qeyri-neft ixracı 2018-ci illə müqayisədə təxminən 2,5 dəfə artmışdır; sənaye parkları və məhəllələri vasitəsilə yaradılan əlavə dəyər artıq lokal təşəbbüs deyil, milli sənaye siyasətinin institusional alətinə çevrilmişdir.

Müqayisə üçün: postsovet məkanında bir sıra enerji ixracatçısı ölkələrdə (məsələn, Qazaxıstan, Türkmənistan) qeyri-xammal ixracının ümumi ixracda payı hələ də 20–25% diapazonunu keçmir. Azərbaycan isə bu baxımdan xammal asılılığından çıxış modelini praktik mərhələyə keçirmiş nadir ölkələrdəndir.

İqtisadi inkişafın keyfiyyət mərhələsinə keçid bilik iqtisadiyyatının formalaşdırılması ilə bilavasitə əlaqələndirilmişdir. 2025-ci ildə elmi-tədqiqat fəaliyyətinin, rəqəmsal texnologiyaların və innovasiya mexanizmlərinin iqtisadi dövriyyəyə inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir. Bu kontekstdə insan kapitalı iqtisadi siyasətin əsas strateji resursu kimi dəyərləndirilmişdir.

2025-ci il Prezident İlham Əliyevin iqtisadi idarəetmə sahəsində fəaliyyətini səciyyələndirən əsas cəhət tezis yox, nəticə; şüar yox, struktur dəyişiklik; niyyət yox, ölçülə bilən effektlər olmuşdur. Bu, liderlik fəaliyyətinin artıq taktiki mərhələdən çıxaraq tarixi-sistemli mərhələyə daxil olduğunu göstərir.

Xalq–dövlət–lider etimad üçbucağı: konstitusion suverenliyin legitimlik ölçüsü


“Konstitusiya və Suverenlik ili”ndə əldə edilmiş siyasi, hüquqi və beynəlxalq uğurların mühüm mənbələrindən biri də Azərbaycan cəmiyyətində formalaşmış xalq–dövlət–lider etimad üçbucağıdır. Dövlətçilik təcrübəsi göstərir ki, konstitusion suverenliyin real həyata keçməsi yalnız hüquqi mexanizmlərlə deyil, eyni zamanda xalqın dövlətə və ali siyasi rəhbərliyə olan inamı ilə mümkün olur. Dövlət başçısının siyasi kursunun cəmiyyət tərəfindən qəbul edilməsi, onun qərarlarının milli iradənin ifadəsi kimi dərk olunması dövlət suverenliyinə daxili legitimlik qazandırmışdır. Bu legitimlik isə Azərbaycanın həm müharibə, həm də postmünaqişə mərhələsində vahid siyasi iradə ilə hərəkət etməsini təmin etmiş, ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsində həlledici rol oynamışdır.



Qeyd etdiyimiz kimi 2025-ci ilin siyasi-fəlsəfi mahiyyətini Prezident İlham Əliyevin fəaliyyəti və cəmiyyətdə formalaşmış xalq–dövlət–lider etimad münasibətləri kontekstindən kənarda təhlil etmək mümkün deyil. Azərbaycan kontekstində bu, təbiri caizsə, həndəsi fiqurun özəlliyini araşdıraq. Keçdiyimiz müstəqillik yolunun təcrübəsi göstərir ki, Azərbaycan təcrübəsində xalq – suverenliyin mənbəyi; dövlət – suverenliyin institusional forması; Prezident İlham Əliyev – suveren iradənin siyasi daşıyıcısı kimi çıxış edir. Bu, siyasi-hüquqi təlimlər nəzəriyyəsindəki klassik “lider mərkəzli” modeldən fərqlənir. Belə ki, Azərbaycan nümunəsində lider xalqdan ayrı deyil, dövlət xalqdan uzaq mexanizm deyil və siyasi iradə etibar üzərində qurulub. Elə məhz buna görə də 44 günlük II Vətən savaşında, postmünaqişə mərhələsində, eləcə də sülh və bərpa proseslərində dövlət qərarları kütləvi ictimai müqavimətlə yox, kütləvi ictimai dəstəklə müşayiət olundu.

Xankəndi şəhərindəki çıxışında Prezidentin “verdiyi vədlərin icra edilməsi” xəttini bir “liderlik hesabatı” kimi səciyyələndirmək mümkündür. Bu, siyasi liderliyin legitimlik mexanizmini aydın göstərir: liderlik yalnız iradə deyil, nəticə ilə ölçülən ictimai müqavilədir.

Yenə də bəhsi gedən üçbucağın sosial-psixoloji laylarına nüfuz edərək söyləməliyik ki, onun əsas meyarı inam və etibardır. Belə ki, əgər suverenliyin hüquqi sütunu Konstitusiyadırsa, suverenliyin sosial sütunu etimaddır, xalqın dövlət institutlarına inanması, dövlətin isə xalqın iradəsini dövlət siyasətinə çevirməsidir. Prezident İlham Əliyevin Xankəndidəki çıxışında “burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır” ideyası, suverenliyin yalnız “institusional güc” deyil, həm də “xalq enerjisi və razılığı” ilə möhkəmləndiyini göstərdi.

Xalq–dövlət–lider münasibətləri Azərbaycan nümunəsində iyerarxik deyil, qarşılıqlı etimad üzərində qurulmuş funksional sistem kimi çıxış edir. Xalq dövlətin strateji məqsədlərini öz milli maraqlarının ifadəsi kimi qəbul edir, dövlət isə bu iradəni institusional mexanizmlər vasitəsilə həyata keçirir. Prezident İlham Əliyev isə həmin prosesdə xalqın siyasi iradəsini konstitusion və beynəlxalq müstəvidə təmsil edən əsas siyasi subyekt rolunu oynayır. Məhz bu etimad modeli sayəsində Azərbaycan həm müharibə, həm də postmünaqişə mərhələsində vahid siyasi iradə, ictimai səfərbərlik və strateji davamlılıq nümayiş etdirmişdir.

Beləliklə, xalq–dövlət–lider etimad üçbucağı Azərbaycan dövlətçiliyinin müasir mərhələsində konstitusion suverenliyin mənəvi-siyasi dayağı kimi çıxış etmiş və əldə edilmiş nəticələrin təsadüfi deyil, sistemli və davamlı xarakter daşıdığını elmi baxımdan əsaslandırmışdır.


Müasir Azərbaycan dövlətçiliyinin konseptual mərhələsi


“Konstitusiya və Suverenlik ili” Azərbaycan Respublikasının siyasi-hüquqi inkişafında təqvim xarakterli təşəbbüs deyil, dövlətçilik konsepsiyasının yeni mərhələsini ifadə edən ideya-kateqorial çərçivədir. Həmin il çərçivəsində baş verən proseslər göstərdi ki, Azərbaycan dövlətçiliyi formal suverenlik mərhələsindən çıxaraq funksional, institusional və legitim suverenlik mərhələsinə daxil olmuşdur.

Konseptual baxımdan bu mərhələ üç əsas ölçüdə təhlil oluna bilər.

Birinci ölçü konstitusion reallıqdır. Azərbaycan Konstitusiyası ilk dəfə olaraq bütün ölkə ərazisində tam və fasiləsiz şəkildə icra olunan ali hüquqi akt statusu qazanmışdır. Bu fakt Konstitusiyanın normativ mətn olmaqdan çıxaraq real idarəetmə sənədinə çevrildiyini göstərir. Beləliklə, hüquqi dövlət prinsipi abstrakt ideya deyil, faktiki reallıq kimi təzahür edir.

İkinci ölçü siyasi suverenliyin institusionallaşmasıdır. Dövlət hakimiyyətinin bölünməzliyi, mərkəzləşdirilmiş idarəetmə, hüquq-mühafizə və inzibati institutların bütün ərazi üzrə fəaliyyəti suverenliyin yalnız elan edilmiş deyil, praktiki şəkildə təmin olunduğunu sübut edir. Prezidentin siyasi iradəsi bu prosesdə normativ hüquqla strateji idarəetmə arasında əlaqə yaradan əsas mexanizm kimi çıxış edir.

Üçüncü ölçü isə beynəlxalq və sivilizasion legitimlikdir. Azərbaycan “Konstitusiya və Suverenlik ili” çərçivəsində beynəlxalq münasibətlərdə subyekt statusunu daha da möhkəmləndirmiş, sülh quruculuğu, enerji təhlükəsizliyi və regional əməkdaşlıq sahələrində təşəbbüskar mövqe tutmuşdur.

Bu üç ölçünün vəhdəti Azərbaycan dövlətçiliyinin yeni konseptual modelini formalaşdırır. Bu modeli “postmünaqişə konstitusion suverenlik modeli” kimi xarakterizə etmək mümkündür. Sözügedən modelin əsas xüsusiyyəti ondan ibarətdir ki, burada:suverenlik hüquqi norma statusu almış, Konstitusiya siyasi reallıq kəsb etmiş, dövlətçilik isə institusional praktikaya çevrilmişdir.

2025-ci ildə Prezident İlham Əliyevin dövlətçilk fəaliyyəti aşağıdakı ideoloji-fəlsəfi xüsusiyyətlərlə xarakterizə oluna bilər: dövlətin tarixi subyekt kimi dərk edilməsi; zaman fəlsəfəsinə əsaslanan strateji səbir; qələbənin hüquqi və normativ legitimliyə çevrilməsi; inkişaf dövləti və məsuliyyətli kapitalizm ideologiyası; xarici siyasətdə suveren rasionalizm və nəhayət, siyasi millətə əsaslanan milli ideya.

Bu kontekstdə İlham Əliyevin liderliyi situativ siyasət yox, dövlətçilik fəlsəfəsinin praktiki reallaşması kimi qiymətləndirilə bilər.

Beləliklə, “Konstitusiya və Suverenlik ili” Azərbaycan tarixində yalnız bir mərhələ deyil, Prezident İlham Əliyevin liderliyi ilə formalaşmış yeni dövlətçilik paradiqmasının yekun ifadəsi kimi çıxış edir. Bu paradiqma Azərbaycanı regionda lider, MDB məkanında etibarlı tərəfdaş və beynəlxalq aləmdə suveren, məsuliyyətli və nüfuzlu dövlət kimi möhkəmləndirmişdir.



Oxunub: 162
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:06 | Vergi güzəştləri bu şəxslərə şamil EDİLMƏYƏCƏK — AÇIQLAMA
    Dünən, 22:02 | Azərbaycanın atletika üzrə milli komandasına yeni baş məşqçi təyin edildi
    Dünən, 22:00 | “İndi varlı olmaq qorxuludur, bir də baxırsan, içəridədir”
    Dünən, 21:30 | İlham Əliyev: "Son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa etmişik"
    Dünən, 21:28 | Xətai rayonunda ağaclar kəsildi: Toplanan materiallar Baş Prokurorluğa göndəriləcək
    Dünən, 21:23 | PREZİDENT YENİ NAZİR MÜAVİNİ TƏYİN ETDİ - Natiq Həsənov kimsir? + DOSYE (Yenilənib)
    Dünən, 18:25 | Astaranın deputatı balıq biznesinə girişib
    Dünən, 17:57 | Növbəti səyyar görüş Vurğun qəsəbəsində keçirildi
    Dünən, 17:50 | Vəhdət Partiyası paytaxtın üç qəsəbəsi ilə bağlı AYNA-ya müraciət etdi: 60 minə yaxın vətəndaş razı qalacaq
    Dünən, 17:44 | Naxçıvanda yüksək vəzifəyə təyinat
    Dünən, 17:43 | Bələdiyyə sədrinin ölkədən çıxışına “stop” qoyuldu
    Dünən, 17:41 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Dünən, 14:34 | Küçələr asfaltlanıb, işqılandırma sistemləri yenilənib - Qazaxdan REPORTAJ
    Dünən, 10:12 | Nazirdən yüksək vəzifəyə TƏYİNAT
    Dünən, 10:10 | Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılışı keçirilir, İlham Əliyev tədbirdə çıxış edib
    Dünən, 09:46 | Çayxanada müəllimi bıçaqlayan şəxsə AĞIR CƏZA
    Dünən, 09:38 | Rubl bahalaşdı - MƏZƏNNƏ
    Dünən, 09:32 | Tramp “xilaskar planını” işə saldı: İrana hər an hücum ola bilər
    Dünən, 09:22 | “Qarabağ” 19 yaşlı hücumçu alır - 2 milyona
    Dünən, 08:56 | Orqanizmin susuzlaşmasının ilkin əlamətləri: Təhlükəni necə bilmək olar?
    Dünən, 08:50 | Cəbrayıl və Füzulidə başlayan yanğının ərazisi genişlənib
    7-01-2026, 22:07 | ABŞ indidən Venesuela neftinin satışına başlayıb - Bütün gəlirləri ABŞ-nin banklarına yönəldəcək
    7-01-2026, 22:05 | "Qarabağ" "Liverpul"a qarşı bu topla oynayacaq - Foto
    7-01-2026, 22:02 | Azərbaycanın yeni paytaxtı hara ola bilər? – Prezident iki şəhərə işarə etdi
    7-01-2026, 21:37 | Kirayə verən də, qalan da cərimələnə bilər - YOXLAMALAR BAŞLADI
    7-01-2026, 21:33 | Bakı metrosunda qatar yoluna düşən sərnişin ölüb - YENİLƏNİB
    7-01-2026, 21:27 | Atasına donuz ətindən ehsan verdi
    7-01-2026, 21:25 | Prezident İlham Əliyevin müsahibəsi: Azərbaycanın strateji istiqamətinin yeni geosiyasi mərhələdə təhlili
    7-01-2026, 21:22 | Dilarə elə FOTOLARINI paylaşdı ki...
    7-01-2026, 21:19 | Dünya mediası İlham Əliyevin müsahibəsini işıqlandırmaqda davam edir - FOTO
    7-01-2026, 21:14 | Tarixi qərar verildi: Rusiya Ukraynanı tam itirdi
    7-01-2026, 21:13 | ANAMA mətbuat fonduna yeddi milyon manat ödəyəcək
    7-01-2026, 21:07 | Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun şahmatdan qazandıqları mükafat açıqlandı
    7-01-2026, 21:03 | Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək
    7-01-2026, 20:18 | Füzuli Ələkbərovun yarım milyonluq daha bir borcu üzə çıxdı
    7-01-2026, 20:17 | “KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ” – MÜASİR AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN KONSEPTUAL MƏRHƏLƏSİ - Xalid Niyazovun YAZISI
    7-01-2026, 20:11 | Gürcüstanda azərbaycanlı gəncin qətlində ittiham olunan şəxs saxlanılıb
    7-01-2026, 20:09 | Rusiyanın təyyarələri vurub məsuliyyətdən yayınmaq təcrübəsi: "Azərbaycan bu qarşıdurmanın qalibidir"
    7-01-2026, 20:05 | Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın sayı yenilənib
    7-01-2026, 16:16 | Ermənistanda azərbaycanlılara məxsus 200-dən çox qəbiristanlıq yol, ev və əkin sahələri ilə əvəzlənib
    7-01-2026, 16:11 | Prezidentdən məmurlara sərt mesaj: Etimadı doğrultmayanlar cəzalandırılacaq
    7-01-2026, 16:09 | Qəbələdə İcra Hakimiyyətindəki şok əlbəyaxa davanın yeni təfərrüatları –“Məni boğdular, sonra həbs etdilər”
    7-01-2026, 14:45 | Dərmanlar xəstəlikləri niyə sağaltmır? – AÇIQLAMA
    7-01-2026, 14:42 | Qazaxda yanacaq daşıyan maşın yandı, ölən var - Video
    7-01-2026, 14:01 | Azərbaycanın müxtəlif rayonlarından olan stomatoloqlar TƏBİB-in qərarına etiraz edir - FOTOLAR
    7-01-2026, 13:58 | Qış aylarında gümrah qalmağın yolları
    7-01-2026, 13:38 | Nəzrin Mansurlunun ölümünə görə həbs olunan həkim Sənan Mehdiyev cəzadan azad edildi
    7-01-2026, 13:31 | Sabah hava necə olacaq?
    7-01-2026, 10:36 | Qazaxda laboratoriya həkimi məhkəmə zalında həbs edildi
    7-01-2026, 10:25 | Sumqayıtda sakinlər parkın salınmasına qarşı çıxdılar: "Maşın saxlamağa yer olmayacaq"
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.