Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib. Mediaxeberleri.Az xəbər verir ki, Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib. Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.
Oxunub: 31
Xəbəri paylaş
Paylaş:





















