Mediaxeberleri.az
    
  • Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR
    Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR
  • 
  • Qızıl kəskin ucuzlaşdı
    Qızıl kəskin ucuzlaşdı
  • 
  • Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
    Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
  • 
  • Nəriman Həsənzadənin son durumu...
    Nəriman Həsənzadənin son durumu...
  • 
  • "RUSİYADA NİFRƏTİN YENİ HƏDƏFİ MİQRANTLAR OLACAQ...” – “Soydaşlarımızın kütləvi şəkildə Azərbaycana qayıtması qaçılmaz ola bilər”
    "RUSİYADA NİFRƏTİN YENİ HƏDƏFİ MİQRANTLAR OLACAQ...” – “Soydaşlarımızın kütləvi şəkildə Azərbaycana qayıtması qaçılmaz ola bilər”
  • 
  • Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
    Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
  • 
  • MB qaydaları dəyişdi: onlayn kredit belə veriləcək
    MB qaydaları dəyişdi: onlayn kredit belə veriləcək
  • 
  • Nəriman Həsənzadənin sağlamlıq vəziyyəti ilə bağlı xəbər var
    Nəriman Həsənzadənin sağlamlıq vəziyyəti ilə bağlı xəbər var
  • 
  • Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN
    Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN
  • 
  • DÇ-2026-da pley-off mərhələsi: Daha üç 1/8 finalçı məlum olacaq
    DÇ-2026-da pley-off mərhələsi: Daha üç 1/8 finalçı məlum olacaq
  • 
  • Almaniya dünya çempionatı ilə vidalaşdı - DÇ-2026-da sensasiya
    Almaniya dünya çempionatı ilə vidalaşdı - DÇ-2026-da sensasiya
  • 
  • "İşə düzəltmə" adı ilə dələduzluq - Odlar Yurdu Universitetinin də adı hallanır
    "İşə düzəltmə" adı ilə dələduzluq - Odlar Yurdu Universitetinin də adı hallanır
  • 
  • Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
    Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
  • 
  • "Qarabağ" Ukrayna klubuna uduzdu
    "Qarabağ" Ukrayna klubuna uduzdu
  • 
  • VƏFAT EDƏN HƏR 10 ŞƏXSDƏN 4-Ü... - Pensiyaçılarla bağlı ACI STATİSTİKA
    VƏFAT EDƏN HƏR 10 ŞƏXSDƏN 4-Ü... - Pensiyaçılarla bağlı ACI STATİSTİKA
  • 
  • Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: "Mənə "eqolu" deyirdilər, indi bundan zövq alıram" - VİDEOMÜSAHİBƏ
    Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: "Mənə "eqolu" deyirdilər, indi bundan zövq alıram" - VİDEOMÜSAHİBƏ
  • 
  • Dövlət xidmətinin 42 rəhbər şəxsi CƏZALANDIRILIB - RƏSMİ
    Dövlət xidmətinin 42 rəhbər şəxsi CƏZALANDIRILIB - RƏSMİ
  • 
  • RUSİYAYA GEDƏN AZƏRBAYCANLILARA YENİ TƏLƏB - Qüvvəyə mindi (VİDEO)
    RUSİYAYA GEDƏN AZƏRBAYCANLILARA YENİ TƏLƏB - Qüvvəyə mindi (VİDEO)
  • 
  • Azərbaycan nefti bahalaşıb
    Azərbaycan nefti bahalaşıb
  • 
  • Azərbaycanlı Kamil və "banda"sı tutuldu - Milyonluq dələduzluq...
    Azərbaycanlı Kamil və "banda"sı tutuldu - Milyonluq dələduzluq...
  • 
  • Toy etmək istəyənlər üçün vacib xəbər: Məhərrəm və səfər ayları bu tarixdə bitir
    Toy etmək istəyənlər üçün vacib xəbər: Məhərrəm və səfər ayları bu tarixdə bitir

Son xəbərlər :
  • Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimləndi
  • Tanışını Xankəndidən iribuynuzlu heyvan gətirəcəyi vədi ilə aldatdı - 17 min manatlıq dələduzluq
  • Zabratda kanalizasiya suyu stadiona axır - VİDEO
  • "Qarabağ" SSKA-ya qarşı
  • Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə 22 iyul — Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib (FOTOLAR)
  • Konfrans Liqası: "Neftçi" "Dinamo"ya məğlub oldu
  • “İdman Paytaxtı” Qazaxda velosiped idmanı üzrə Federasiya Kuboku yarışı keçiriləcək
  • Ağstafada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü”nün 151-ci il dönümü münasibəti ilə media nümayəndələri ilə görüş təşkil olunub
  • Pensiya almaq istəyənlərin diqqətinə: Bunu bilməyənlər var
  • Rusiyanın Odessaya zərbəsi: ölən var
  • AZAL media nümayəndələri üçün intellektual yarış təşkil edib
  • Temperatur 41 dərəcəyə yüksələcək - Xəbərdarlıq
  • Prostat xərçənginə qarşı yeni ümid: Təsirli anticisim hazırlandı
  • Ermənistan güləşçiləri Azərbaycana gəlir
  • Traktorla hərəkət edən zaman övladını görməyib üzərindən keçdi - VİDEO
  • "Fənərbağça" ÇL-yə qələbə ilə başladı
  • Azərbaycan milli mətbuatı 151 yaşında - VİDEO
  • UEFA Çempionlar Liqası: "Sabah" minimal hesabla "KuPS"-a qalib gəldi
  • Dərinləşən Bakı-Berlin əlaqələri: Siyasi, iqtisadi və rəqəmsal inkişaf prioritetləri
  • Azərbaycan ilə Almaniya arasında Birgə Bəyannamə imzalandı - MƏTN (Yenilənib)
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Atasızlıq cəzası, 13 illik dinməyən ağrı... - Ayyət Əhməd yazır

  • Tarix: 27-01-2026, 08:23

22 yanvar, 2013-cü il, işdən çıxıram, saatın əqrəbləri 6:00-ı göstərir. Köhnəlməyən uşaqlıq dostum Seydioğlu Qaradan zəng gəlir:

-Bu gün Üzeyirin (doğma qardaşıdır) doğum günüdür. Bizə gəl, qeyd edək. - Evlərinə dəvət edir.

-Qara, magistr hazırlıqlarım var, yenicə başlamışam, 3 həftədir, “daşları yerinə oturtmamışam”, bu aralar əylənmək, dincəlmək ruhuma, prinsiplərimə ziddir, ciddi hazırlaşmalıyam - Deyib, dostumu incitmədən niyyətimi izhar etdim.

-Axşam dərdləşək, toy kasetlərimi gətirmişəm, toya baxarıq, sabah tezdən özüm səni yola salacağam - Dostum “üz vurur”.

Əlqərəz, razılaşıram, bu mənada ki, hərbi xidmətdə olduğuma görə, dostumun toyunda iştirak edə bilməmişdim, amma necə deyərlər həmin gün ürəyimin nəbzi o büsatdakı nağaraçının dəfindən çıxan ritimlə yanaşı vururdu. Xub, saat 8-dir, dostumgildəyəm. Qısa kəsim, yubilyarı təbrik etdik... Hamı yatdı, qaldıq biz ikimiz. Həmişə belə edərdik; bir yerdə qalanda gecəni səhərə “ilan vuran yatardı, biz yatmazdıq”, uzun-uzun bəzən fəlsəfi, bəzən məişət, bəzən də işgüzar söhbətlər, müzakirələr edərdik. Bu dəfə isə gecənin səssizliyində iki dost oturub, toya baxırdıq, toydakı bəzi məqamları, detalları  müzakirə edirdik. Saat təxminən  04:20 radələridir, mənə həmin o məşum, məşəqqətli zəng gəlir, telefonun o başından kənddəki yeznəm (bacımın həyat yoldaşı) Qiyas “dilini sürüyə-sürüyə” nəql edir:

-Kövsər nənə (ata nənəmdir) rəhmətə gedib, Mansura (məndən cəmi 1 yaş böyük olan doğma qardaşımdır, həmin vaxtlar o da Bakıda çalışırdı) da bildir, kəndə çıxın, Əhməd dayım dedi sizə çatdırım, - deyib tələsik zəngi sonlandırır.

Bu vədəsiz zəng və yeznənin intonasiyası “məni açmır”. Geri zəng edirəm:

-Qiyas, nə olub, niyə belə öləzimiş danışırsan? Mənə həqiqəti de, rəhmətə gedən doğrudanmı nənəmdir? - Şübhə “içimi yeyir” deyə uca və boğuq səslə soruşuram.

- Hə, Kövsər nənədir -Yenə kədəri, həqiqəti gizlədə bilmir, səs tonu, ritorikası, içindəki təssüf, yanğı hissi imkan vermir ki, həqiqəti ört-basdır etsin, yalan danışsın.  

Bu məqamda Qara səsimə gəlir və soruşur:

-Nə olub?

-Qiyas zəng edib, deyir ki, nənən ölüb, Mansura da bildir, kəndə çıxın. Dilim dolaşa-dolaşa izah edirəm. 

Bu dəfə Qara zəng edir Qiyasa:

- Qiyas, ölən kimdir?

Telefonun o başından Qara nə söz eşidirsə, rəngi kağızdan ağa olur. Bir məqamda gözlərinə kədər, iztirab, yorğunluq çökür.

-Qara, ölən kimdir?

-Kövsər nənədir - deyib, gözlərini gözümdən qaçırdır.

Mən 10 illik dostumun (onda 10 il idi) baxışlarından nə dediyini bilirəm axı. Onun dili mənə şirin yalan danışa bilər, amma gözləri əsla...

-Qara, “SƏN ÖL” de - Tələb edirəm.

Haşiyə: Bizim bir-birimizə “SƏN Öl” deməyimiz aramızda formalaşamış ən böyük dostluq, sədaqət andıdır, o “SƏN ÖL”ə atamız, anamız qədər inanırıq, əziz tuturuq.

Qaranın “dili topuq vurur”.

-Yekə oğlansan, hazırlaş, gedirik, nənədir ölən Allah rəhmət eləsin!

-İnana bilmərəm, Qara, gözlərin başqa şey deyir, “SƏN ÖL” de rahatlaşım - Şübhə ilə soruşuram.

Axı mən hiss, duyğu, ruh adamıyam, hissdən, duyğudan tez anlayıram.

Qara yenə söhbəti başqa məcraya daşıyır:

-Nənənin ürəyi xəstə deyildimi, axırıncı dəfə sizin adınızı çəkib və canını tapşırıb. Ona görə hamıya təsir edib.

Bu yalan da mənim inanc ələyimin "gözü"ndən keçmir.

Atama zəng edirəm: -Bu nömrəyə zəng çatmır, telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir.

Kənddə yaşayan əmimoğlu Hidayətə telefon açıram: (Hidayətlə beşik qardaşı da sayılırıq, 25 gün fərqlə dünyaya gəlmişik, eyni beşikdə, çarpayıda, taxtda yatıb, böyümüşük. Həm də ata babamızın adını daşıyır. Bu mənada ona bəzən “Baba” deyirik.)

-Ay baba, telefonu ya atama, ya da anama ver!

Cavab verə bilmir, ağlayır. Özünü toxtayıb, siz gəlin, sonra yığaram, indi baş qarışıqdır.

Kənddəki ev nömrəmizə yığıb, telefona anamı istəyirəm. 

Bilidirirlər ki:

- Başı qarışıqdır, iş görür gələ bilmir. Halbuki anam “yağı da daşsa”, mənim zəngimə, çağırışıma anında gələrdi. Get-gedə şübhələr məni boğur, içimdən yeyir. Həmin an beynim o qədər sürətlə işləməyə başladı ki, yarımsaniyə içərisində 1001 fikrə düşdüm: anamdırmı, atamdırmı, bacımdırmı?

Naəlaç qalıb, Qaradan soruşuram:

-Mənə həqiqəti de, mən də tükəndim, bitdim axı, de namərdlik eləmə!

Məni ehmalca divanda oturdub, köksünə sıxıb:

- Ölən ƏHMƏD əmimdir! - dedi.

(Bax indicə, yazının bu məqamında gözlərimdən yaş yanağıma sellləndi, məni qucaqlamadan yatmayan balaca qızım görməsin deyə qaçıb həyətə düşürəm, o yatandan sonra evə qalxıram və yazıya davam edirəm).

Bir Qaradan bu sözü eşitdiyimi, bir də Bakıda yaşayan yeznəm Raminin maşınında ayıldığımı xatırlayıram...

Çox sonralar Qara danışdı:

-Ramin sənə zəng elədi, sən özündə deyildin, telefonu açdım, bizə gəlməyini istədim, gəlib bizdən götürdü səni.

Ramin də bildirdi ki:

- Qara məni 5-ci mərtəbədən çiynində birinci mərtəbəyə düşürmüşdü.

Buradan dostuma min dəfə təşəkkür edirəm!

Davam edək...

Yolda ayılıram.

Ramin asta səslə dillənir:

-Lətişin (Lətiş Lətafət adlı kiçik bacımdır, ailəmizin son beşiyidir, hər kəs atasını sevir, atası da hər kəsi sevir, amma atam Lətişi hamımızdan daha çox sevərdi, Lətiş da atamızı hamımızdan daha çox sevərdi) vəziyyətini bilirsən, bu vəziyyətdə bərk olmaq lazımdır, ən azı 5 saatlıq yolda çalışaq heç nə bilməsin, kənddə qadınlar bir yolunu tapıb, köməklik göstərərlər.

 Bu məqamda qardaşım zəng edir:

-Sübhan əmi (Sübhan əmi atamın ən sadiq, sədaqətli dostu, bacımın qayınatasıdır) gildəyəm, çöl qapının ağzında səni gözləyirik Sübhan əmiylə. “Bax ha”- deyib, dodaqları titrəyir. (Bu cümləni yazanda mən də titrəyirəm, göz yaşıma hakim ola bilmirəm) Əslində demək istəyirdi ki, Lətafət kəndə çatana qədər bilməsin, amma deyə bilmədi, səsi titrədi. Məyusluğum, ağrım, nisgilim, ATASIZLIQ CƏZAM səsimə elə nüfuz etmişdi ki... Böyük qardaş buna dözərmi?! Dözməz! Yeznənin yanında özümü sıxıram ki, ağlamayım, amma ürək tab gətirmir.  Ata itkisini həzm edə bilmirsən, hələ ana, qardaş, bacıların göz yaşlarını görmək boyda dərd adamı içindən yıxır, ruhundan asır.  Özümdən asılı olmadan maşında özümü tamamən taleyinə ümidinə buraxıb, ağlayıram. Nəyahət Sübhan əmi gilə çatırıq. Mansur maşını görüb, bizə yaxınlaşır. Maşından düşən kimi, məni qucaqlayıb, dalan küçəyə aparır. Nəysə demək istəyir, yenə danışa bilmir. Mən ona dözmürəm, o da mənə... Qucaqlaşıb, ağlayırıq. Ömrümdə birinci dəfə idi ki, insanda ağlamaq kimi bir hissin olmasına sevinmişəm. Ağlamaq olmasa, insanın ürəyi 10-yerə parçalanıb, cadar-cadar olar. Düzdür, “Kişilər ağlamaz deyirlər”, amma bu, ağlamaq deyil, insanın ruhuna hopan atasızlıq cəzasının göz yaşları ilə inikasıdır.  Ürəyimiz boşalana qədər bir-birimizə sarılıb, ağladıq.

Haşiyə: İnanın mən hələ də qardaşımın ağlaması anını gözümün önünə gətirəndə, anidən yaş gözlərimdə selə dönür. Ona görə ki, qardaşım polad kimi adamdır, bildiyiniz polad kimi.  Həm fiziki, həm mənəvi, ruhsal və xarakter etibarilə... Baxmayaraq məndən cəmi bir yaş böyükdür, nəinki məni hamımızı özündən çox sevər, hamımıza özündən çox diqqət, qayğı  göstərər. Özümdən çox ona güvənirəm. Allah hər kəsə belə qardaş nəsib etsin! Eşitsə ki, kimsə bir telimə toxunub, o kəsin dünyasını başına dar edər. Əlbəttə, bu hislər daim qarşılıqlıdır. Hərçənd mən ona bir “gün ağlaya bilmirəm”. 

Qəfil Mansur özünü toparlayır:

-Day sakitləş, Lətişi bilirsən!

Həyətdəki sanuzelə girib, əl-üzümüzə su vururuq ki, Lətafət anlamasın.

Lətafət də yatan körpəsini bələyir, əynini geyindirib, hazırlayır, nəhayət yola düzəlirik...

Yolboyu Sübhan kişi közü-közə yandırıb, siqaretin zəhər kimi qatı tüstüsünü içinə çəkib, az-az çölə buraxır. O da yaxşı bir dost itirib. Gözü də bizdədir, gaha mənə, gah qardaşıma, gah da Lətafətə baxır. Lətafət də olaylardan xəbərsizdir, elə bilir ölən nənəmizdir. Baladır, bacıdır, üzümüzə baxır, təsəlli üçün deyir:

-Kaş hamımız nənə qədər ömür, nənə kimi ömür yaşayaq. Allah rəhmət eləsin!

-Amin, Allah rəhmət eləsin deyib, söhbətdən yayınırıq.

Yolboyu dərin-dərin fikrə dalıram. Özlüyümdə, içimdə pıçıltı ilə danışıram:

-Biz oğullar Bakıda, qızlar ailəli, evdə atamla yazıq anam qalıb. Görəsən, anam nə reaksiya verib, qorxubmu, kimdən kömək istəyib, imdadına, harayına kim yetib? (Bunları yaza -yaza göz yaşlarım barmaqlarımla bərabər klaviaturanı döyəcləyir) Yazıq anam! Axı bu onun üçün təkcə ər itkisi deyildi, uzun müddət bir-birilərini sevib ailə qurmuşdular. Bu həm də bir yar itkisidir, bir ürək itkisidir, qəlb yarasıdır. Anam Əhməd deyəndə ağzından min Əhməd səpələnirdi. O cür sevirdi, o cür qoruyurdu, o cür öyünürdü yarı ilə. Cümləsinin əvvəli də, sonu da Əhməd idi, yenə də Əhməddir. Bu sualları özümə verib, içimi parçalayıram. Görəsən, son nəfəsində, anamdan nə istəyib, istəyə bilibmi? Anam nə edib? Suallar çox cavablar isə yox... Yol uzaq, səbir isə dar.  Maşında gah “doluram”, gah sakitləşirəm. Hələ indiyə qədər adını tapıb, qoya bilmədiyim kollaps bir vəziyyət idi.

Əlqərəz, kəndə çatırıq.

Maşından düşən kimi, dostlarımı görürəm, buradan yenə təşəkkür edirəm. Allah heç kimin başına gətirməsin, adam dara, müşkülə düşəndə umduqlarını axtarır.

Hamısı müsəlləh əsgər kimi qapının ağzında boynubükülü dayanıb. Həmişə oturub, deyib-güldükləri evə, ailəyə indi “od  düşüb”. Atam həm də onların dostu idi axı. Mən Bakıda olanda gedib, atamla otururdular, ailəmizə tez-tez baş çəkirdilər.

Qapıdan içəri girən kimi bizi atamın “сосед” (oxu-qonşu) dediyi, qonşumuz Yasın əmi qarşılayır.

Haşiyə: Yasım əmi atamla əkiz qardaş kimi idi. Anamın harayına da hamıdan qabaq elə o çatıbmış. Buradan ona da min dəfə minnətdarlığımı izhar edirəm, əllərindən öpürəm.

-Yuxarı qalxmayın, qadınlar yuxarıdadır - Yasın əmi bizi evin birinci mərtəbəsinə aparmağa çalışır ki, bir az sözlə sakitləşdirsin, təsəlli versin. Belə məqamda dayanmaq olmur, olmaz.  Heç olmasa, son dəfə üzünü görməliydim, gördüm. Buza dönmuş alnından, donuq baxışlarından, dümağ ağaran yanaqlarından öpürəm, öpürəm, milyon dəfə, milyard dəfə öpürəm. Mən atamdan doymadın, doymuram, doymayacağam. Hər Bakıdan evə qayıdanda “Alim oğlum” gəldi, deyib, dünyanın naz-nemətini qabağıma sərən, danışıb-güldüyüm atamı, dostumu itirdim. Artıq o səs, o nəfəs yox idi, səsi də, nəfəsi də "buz bağlamışdı". 23 yanvarın ayazlı-şaxtalı sazağı deyil, bu susqunluq adamı iliyinə qədər dondururdu. O müdhiş gün 3 şey içimə “od qoydu”. Birinci,  atamın susqunluğu, ikincisi, nənəmizin adını daşıyan, atamızın “Anası qız” çağırdığı Kövsər bacımın atamın ayaqlarını qucaqlayıb: -Yalvarıram qalx! deməsi, (Axı atamız qəfil, gözlənilmədən, anidən ürəktutmasından həyatını dəyişib) bir də Lətafətin dəfnə aparanda haray çəkib, “Ayyət, nolar qoyma atamı basdırmağa, qoyma!

O bilir, mən sakit adamam, amma bəzən hədsiz çılğın oluram və anidən qərar verib, bütün “körpüləri yandırıram”. Özümə ziyan etsəm belə, bunu edirəm. Təbii, işin içində həqiqətin, gerçəkliyin, haqqın müdafiəsi varsa... 

İlk dəfə idi ki, bu çağırışa naəlaç qalıb, boynumu bükürəm. Amma o an, o sözü eşitmək... Övladın ata sevgisi Allahdan, imandan, qandan, gendən, genetik kodlardan gəlir. Övlad bu itkini həzm etmir:

Atalar atasıza dönməsin,

Övlad başı üstdə bayraqdır ata.

Heç kəsin çırağı vaxtsız sönməsin,

Övlada şöləli çıraqdır ata.

Həyat 21 yaşında “çiçəyi burnunda” olan bir gənc oğula 49 yaşlı atasını öz əlləri ilə qəbrə qoyduracaq qədər qəddardır, amansızdır.

Xülasə, qəbiristanlığa çatırıq. İki qardaş məzara düşüb, əllərimizlə atamızı qəbrə qoyub, son dəfə ağa bürünmüş üzündən dəfələrlə öpüb, çıxırıq. Onun məzarı üzərinə atılan hər bir torpaq dənəcəyi ömrümdən günlər alırdı, həyata baxışımı öləzidirdi,  ruhumu sarsıdırdı, ümidimi, gələcəyimi dəfn edirdilər sanki...

Dayana bilməyib, tez evə sarı yol aldım. “Həyat fanidir” kimi bəsit, sadə, dillərdə şablon olmuş “klişe” ilk dəfə idi ki, mənim üçün ən fəlsəfi siqləti olan ağır, çəkilməz, izaholunmaz ifadəyə çevrilmişdi. Bu nisgili çiyinlərində daşımaq çətindir, çətindir, çox çətindir! Hərdən Feysbukda post yazıram ki:

-Atanız sağdırsa, elə indicə durun onun əllərindən öpün, çoxlu-çoxlu qucun, bağrınıza basın, vallahi də, tallahi də sonra vaxtınız olmayacaq, gücünüz çatmayacaq. Doyunca öpün atanızı! Heyhat! Elə övladlar var, atasına “it baxandan baxır”.

İt baxan demiş...Bir qəribə olayı da ərz edim:

Dəfn günü, baş qarışdı, halım necə dəyişibsə, yatmışam, düz gecə saat 12-yə kimi. Oyananda dedilər ki, it yoxa çıxıb. O it ki, onu küçüklüyündən atam bəsləyib, böyütmüşdü, ağlı-qaralı it idi, indi heç adını da xatırlamıram. Dəfn günü it yoxa çıxdı, bütün kəndə səs saldıq, soraqlaşdıq tapılmadı, buxarlanıb, ərşə çəkildi sanki. Sonradan heç xəbər tuta bilmədik. Bu da heyvanın insana sədaqəti. Gözlərimizin önündə yaşanmış hadisədir. Əlbəttə, gərək həyatda elə yaşayasan ki, itin belə sevgisini, sədaqətini qazanasan. Sözsüz, mənim atam alim deyildi, ictimai-siyasi xadim deyildi, sadə, sənətkar bir kişiydi, sözün gerçək mənasında alın təri ilə ailəsini yüksək səviyyədə dolandırırdı. Alimlərin, ziyalıların, ictimai-siyasi xadimlərin biət etdiyi tərbiyəli, əxlaqlı, ərkanlı kişiydi. Sakit, həlim, yumşaq adam idi. İçi o qədər duru idi ki... Ruhunda, xarakterində o qədər həyatsevərlik, yardımlaşma, bölüşmə hissi vardı ki... Balalarını, ailəsini  o qədər sevərdi ki... İndiki kimi yadımdadır. Hər qar yağanda, soyuq, çovğun olanda gecələr dəfələrlə oyanıb, yorğanı üstümüzə çəkərdi. O bizi ovcunda bəsləyirdi. Düzdür, indi onun haqqında keçmiş zamanda danışmaq  da məni boğur, amma yuxarıda qeyd etdiyim kimi həyat qəddardır, səni buna məcbur buraxır. Şübhəsiz ki, atasızlığın, bu itkinin təsəllisi yoxdur. Amma bircə onunla təsəlli tapıram ki, atam evdən deyil, eldən getdi. Yaxşı insanların ölüm günü olmur, onların yalnız doğum günü olur. Onun yaxşılıqları, yüksək insani keyfiyyəti onu daim yaşadır, diri və duru saxlayır. Adını unutmağa, unutdurmağa imkan vermir. Necə ki, indi atamı hər yazdığım yazının sonuna “Ayyət ƏHMƏD” yazarkən, onu nəfəsimdə, imzamda, barmaqlarmda, gözümün nurunda yaşadıram. Həyatımda elə bir iz yoxdur ki, orada Ayyət ƏHMƏD olmasın, yazdığım kitabda Ayyət ƏHMƏD, məqalələrimdə, bütün “kod” adlarda Ayyət ƏHMƏD daim yaşayır:

Yaşadacam gözlərinin nurunu
Qoruyacam ocağının qorunu
Bu həyatda sən qoyduğun yolunu
Ömür yolum biləsiyəm, ay ATA.

Nə Ayyət Abdullayevə, nə də Ayyət ƏHMƏD-ə heç zaman xəyanət etməyəcəyəm. Bu imzaya "toz qondurmayacağam".

Ümid sonda ölür deyirlər. Mənimsə ATA-ya ümidim ölmür. Bu itkini hələ də tam, dolğun dərk etmirəm, edə bilmirəm, qayıdacağını gözləyirəm. Allah bu hissi məndən kəsmir, nə yaxşı da kəsmir.

İndi evimizdə hər şey ondan yadigardır. Öz əlləri ilə tikib-qurduğu evimiz, evin hər bir daşı, kərpici, künc-bucağı, bağçadakı ağaclar ondan xatirədir. Bu qədər xatirənin içərisində yaşamaq daha çəkilməz ağrı deyilmi?!

Qeyd: "Başlarına gələnlər başmaqçı olurlar". Mərhumların sağlığında geydikləri əlbisələri köç edəndən sonra ya məscidə, ya da ehtiyacı olan adamlara təqdim olunur. Atamızdan bizə iki əşya qaldı. Biri onun PAPAĞIdır ki, qardaşım onu hələ də qoruyur, geyir. İkincisi, üstündən cəmi 2-si çəkilmiş son siqaret qutusudur. Onu bibim oğlu Şəmşi hələ də saxlayır...

Ruhun şad, torpağın yumşaq olsun, əziz ATAM. Yenə 23 yanvar, saat təxminən 04:20-dir, yəni sənsizliyin 13 illik dinməyən ağrısı...

Görüşənədək, ANAmın yarı, qardaşımın qardaşı, bacılarımın qəhrəmanı və mənim dostum!

Rahat uyu, YAXŞI KİŞİ! 


Oxunub: 546
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 15:00 | Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimləndi
    Dünən, 14:54 | Tanışını Xankəndidən iribuynuzlu heyvan gətirəcəyi vədi ilə aldatdı - 17 min manatlıq dələduzluq
    Dünən, 14:53 | Zabratda kanalizasiya suyu stadiona axır - VİDEO
    Dünən, 09:04 | "Qarabağ" SSKA-ya qarşı
    Dünən, 00:32 | Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə 22 iyul — Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib (FOTOLAR)
    22-07-2026, 21:53 | Konfrans Liqası: "Neftçi" "Dinamo"ya məğlub oldu
    22-07-2026, 20:18 | “İdman Paytaxtı” Qazaxda velosiped idmanı üzrə Federasiya Kuboku yarışı keçiriləcək
    22-07-2026, 18:01 | Ağstafada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü”nün 151-ci il dönümü münasibəti ilə media nümayəndələri ilə görüş təşkil olunub
    22-07-2026, 14:14 | Pensiya almaq istəyənlərin diqqətinə: Bunu bilməyənlər var
    22-07-2026, 14:10 | Rusiyanın Odessaya zərbəsi: ölən var
    22-07-2026, 13:58 | AZAL media nümayəndələri üçün intellektual yarış təşkil edib
    22-07-2026, 13:55 | Temperatur 41 dərəcəyə yüksələcək - Xəbərdarlıq
    22-07-2026, 07:45 | Prostat xərçənginə qarşı yeni ümid: Təsirli anticisim hazırlandı
    22-07-2026, 07:43 | Ermənistan güləşçiləri Azərbaycana gəlir
    22-07-2026, 07:41 | Traktorla hərəkət edən zaman övladını görməyib üzərindən keçdi - VİDEO
    22-07-2026, 01:40 | "Fənərbağça" ÇL-yə qələbə ilə başladı
    22-07-2026, 00:05 | Azərbaycan milli mətbuatı 151 yaşında - VİDEO
    21-07-2026, 21:55 | UEFA Çempionlar Liqası: "Sabah" minimal hesabla "KuPS"-a qalib gəldi
    21-07-2026, 21:28 | Dərinləşən Bakı-Berlin əlaqələri: Siyasi, iqtisadi və rəqəmsal inkişaf prioritetləri
    21-07-2026, 21:15 | Azərbaycan ilə Almaniya arasında Birgə Bəyannamə imzalandı - MƏTN (Yenilənib)
    21-07-2026, 18:21 | Kanalda batan şəxsin meyiti tapıldı
    21-07-2026, 18:18 | Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...
    21-07-2026, 18:16 | Rusiyadan Özbəkistan məhsullarına qadağa
    21-07-2026, 16:31 | Hind bəylə, azərbaycanlı gəlinin 7 gün davam edən toyu- VİDEO
    21-07-2026, 16:29 | Azərbaycan-Almaniya Biznes Şurası yeni əməkdaşlıq imkanları üçün platforma rolunu oynayacaq
    21-07-2026, 16:26 | Prezident Almaniya kanslerini Azərbaycana dəvət etdi
    21-07-2026, 16:24 | Prezident Berlində AB ilə əlaqələrdən danışdı
    21-07-2026, 13:12 | Gənc vəkillər dindirmədə iştirak etmədən protokolu imzaladılar - MƏHKƏMƏDƏN İFŞA
    21-07-2026, 13:09 | Prezidentlərin geniş tərkibdə görüşü oldu
    21-07-2026, 12:04 | Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür - VİDEO
    21-07-2026, 12:03 | Ağstafada 78 yaşlı kişi yıxılaraq öldü
    21-07-2026, 12:00 | Nail Kəmərlinin yaydığı skandal görüntü: gerçəkləri özü açıqladı - VİDEO
    21-07-2026, 11:55 | Pensiya alanların nəzərinə - Bu tarixdə
    21-07-2026, 11:53 | Prezidentlərin təkbətək görüşü keçirilir
    21-07-2026, 11:51 | Qazaxda icra başçısı şəhidin evində aparılan təmir işlərinin mövcud vəziyyəti ilə yerində maraqlanıb
    21-07-2026, 11:49 | Özəl bağçalara aylıq 350 manatadək dövlət dəstəyi veriləcək - Proses necə aparılacaq?
    21-07-2026, 11:33 | Rusiya üzərində 209 PUA vuruldu
    21-07-2026, 11:29 | Çevik iş vaxtı şamil ediləcək sahələr və şəxslər açıqlandı
    21-07-2026, 11:26 | Cavid Babazadə Kanadada faciəvi şəkildə vəfat etdi
    21-07-2026, 11:23 | Regionlarda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanıldı - Bakıda saat 15:00-da başlayacaq
    21-07-2026, 10:12 | Baş həkim olmaq arzusunda olan şəxsə qarşı dələduzluq edənlər qərardan şikayətçidirlər
    21-07-2026, 10:10 | 4 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başladı
    21-07-2026, 10:07 | Magistraturaya ixtisaslaşma seçimi başlanır
    21-07-2026, 08:24 | Kriptobirjada yüksəliş davam edib - “Bitcoin”in qiyməti 65,6 min dolları ötüb
    21-07-2026, 08:21 | Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı – MƏHKƏMƏ
    21-07-2026, 08:16 | UEFA Çempionlar Liqası: "Sabah" növbəti sınaq qarşısında
    21-07-2026, 08:13 | “İdman Paytaxtı” Qazaxda velosiped idmanının şose növündə keçiriləcək Federasiya Kuboku yarışına hazırlıq işləri müzakirə olunub
    21-07-2026, 08:00 | Bakıda 4 il əvvəl açılışı olmuş bağça niyə hələ də fəaliyyət göstərmir? - VİDEO
    21-07-2026, 07:51 | Dünyanın aparıcı media resursları IV Şuşa Qlobal Media Forumundan nə yazdılar? - VİDEO
    21-07-2026, 07:50 | İlham Əliyev Berlində Mixael Harms ilə görüşüb - FOTOLAR
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.