2026-CI İLİN İDMAN PAYTAXTI SEÇİLƏN QAZAX ŞƏHƏRİ, HƏR GÜN YENİLƏNİR, DƏYİŞİR, VƏ GÖZƏLLƏŞİR.
Qazaxda aparılan abadlıq ,təmir, və bərpa işləri bu gün də davam edir .
Ötən sayımızda məlumat verdiyimiz kimi
Qazax rayon icra hakimiyyətinin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyev adını daşıyan istirahət parkında, yenidən qurma təmir və bərpa işləri davam edir.
Parkda çay kənarına dəmir məhəccərlər quraşdırılır, köhnə səki daşları sökülərək , tamet daşları düzülür ,işıq dirəkləri tamamilə yenisi ilə əvəz olunub .
Xüsusi dizaynda hazırlanmış oturacaqlar quraşdırılıb ,
Bir sözlə Sakinlərimizin istirahəti üçün hər bir şərait yaradılıb .
Ölkəmizin hər yerində olduğu kimiQazax rayonunda hər tərəfli inkişaf edir yenilənir gözəlləşir və dəyişir .
Rayonumuzda aparılan abadlıq quruculuq işlərinə görə sakinlər Prezident Ilham Aliyev cənablarına və Qazax RİH-başcısı cənab Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını ifadə edirlər.