Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadıldı
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət və ümumi səfərbərliyin müddətini uzadan qanunlar imzalayıb. Mediaxeberleri.Az xəbər verir ki, müvafiq sənədlər Ali Radanın saytında dərc edilib. Qəbul edilmiş qərarlara əsasən, hərbi vəziyyət və səfərbərlik daha 90 gün - 4 may 2026-cı ilə qədər qüvvədə qalacaq. Sözügedən iki qanun Ali Rada tərəfindən 14 yanvar 2026-cı ildə qəbul edilib. Bununla da, Ukraynada tammiqyaslı müharibənin başlanğıcından bəri hərbi vəziyyət və ümumi səfərbərlik müddəti 18-ci dəfə uzadılıb.
Oxunub: 30
Xəbəri paylaş
Paylaş:





















