Yevlaxda YOL PROBLEMİ: "Xəstələnəndə təcili yardıma zəng edirik, deyirlər ki, biz oraya gələ bilmərik"
Yevlaxın 32-ci məhəllə adlanan ərazisində yeddi küçənin sakinləri yolların yararsız halda olmasından əziyyət çəkirlər. Məhəllədə 500-ə yaxın ailə məskunlaşıb. Onlar Baku TV-nin qaynar xəttinə müraciət edərək qış aylarında vəziyyətin daha da çətinləşdiyini söyləyiblər. "Xəstələnəndə təcili yardıma zəng edirik, deyirlər ki, biz oraya gələ bilmərik", "Asfalt çəkməsələr də, heç olmasa qırıntısını gətirib töksünlər", - deyə sakinlər narazılıqlarını bildiriblər. 1500-ə yaxın sakinin yaşadığı məhəllənin yol problemi ilə bağlı Yevlax Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sözügedən məhəllə qurum tərəfindən qreyder vasitəsilə hamarlanıb. İntensiv yağışlardan sonra küçələrdə bu vəziyyət yaranıb. Yer quruduqdan sonra əraziyə texnika cəlb edilərək yenidən hamarlanacaq.





















