Bakı 11 nəfəri İrəvana təhvil verdi
Azərbaycan Qarabağda qalan 10 erməni və bir rusu (Ermənistan vətəndaşı) İrəvana təhvil verib. Mediaxeberleri.Az xəbər verir ki, bunu Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan deyib. “Onlar Qarabağın 2023-cü ilin sentyabrında Azərbaycanın nəzarətinə tam keçməsindən, əhalinin Ermənistana köçməsindən sonra orada qalıblar. Onlar Ermənistan və Azərbaycanın səlahiyyətli orqanlarına müraciət edib və bu müraciətlər əsasında Ermənistan tərəfinə ötürülüblər”, - o bildirib.
Oxunub: 36
Xəbəri paylaş
Paylaş:





















