Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto

Son xəbərlər :
  • Türkiyədə zəlzələ oldu
  • Hər kəs Bakıda buna aşiq oldu - Venger
  • FHN zavodda təlim keçirdi - Video
  • "Rosneft"ə məxsus neft bazası vuruldu, yanğın başladı - Video
  • Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü
  • Bağlanan banklara borcu olanlara xəbərdarlıq
  • Bu tarixdə Ermənistan Azərbaycanın olacaqdı...
  • Ölümlə nəticələnən qəzaların səbəbləri açıqlandı
  • Hər kəs Bakıda buna aşiq oldu - Venger
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 17 yaşlı oğlanın sürdüyü maşın elektrik dirəyinə çırpıldı - FOTO
  • Sabir Rüstəmxanlıdan məmurlara: Heydər Əliyev vaxt tapırdı, bəs siz? - VİDEO
  • İdman zalında "ölü damla" əməliyyatı: ABŞ-da Çin casusları necə ifşa olundu?
  • Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • Məmur "ciyər axşamı"nda bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat
  • Reyslərin sayı artırıldı: Sabahdan Bakıdan Tbilisiyə 30 faiz daha ucuz səyahət imkanı - Foto
  • Xəzərdə yeni marşrut: Moskva–Bakı kruiz reysi açılır
  • Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi - FOTO
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

İcbari Tibbi Sığorta Agentliyinin göndəriş oyunbazlığı

  • Tarix: 13-01-2026, 19:16


Azərbaycanda icbari tibbi sığorta sistemində özəl tibb müəssisələrinə göndərişlərin faktiki dayandırılması və vətəndaş hüquqlarının kütləvi pozulması halları acınacaqlı hal alıb. Sığorta sistemində yaranmış və vətəndaşların sağlamlığını birbaşa təhdid edən "qapalı dövrə" prinsipi çox təhlükəlidir.

Nə seçim imkanı, nə də keyfiyyətə zəmanət verilir

Mediaxeberleri.Az Teleqraf-a istinadla xəbər verir ki, Azərbaycan qanunvericiliyinə əsasən, vətəndaşların əmək haqqından icbari tibbi sığorta haqqı tutulur. Bu vəsait dövlət büdcəsinin hədiyyəsi deyil, vətəndaşın alın təri ilə qazandığı və xidmət almaq üçün əvvəlcədən ödədiyi haqqıdır. Yəni vətəndaş burada sadəcə "yardım alan" deyil, həm də xidmətin haqqını əvvə

lcədən ödəmiş müştəridir. Müştərinin isə xidmət təminatçısını seçmək hüququnun olması bazar iqtisadiyyatının və istehlakçı hüquqlarının təməl prinsipidir. Hazırkı modeldə İTS Agentliyi və TƏBİB əsasən dövlət xəstəxanalarını maliyyələşdirir. Yəni vəsaitlərin özəl sektora axmasının qarşısını almaq üçün "qapıları bağlayır".

Sığorta haqqını ödəyən vətəndaşa deyilir ki, "Sən pulu ödə, amma həkimi biz seçəcəyik". Əgər vətəndaş özəl klinikadakı həkimə güvənirsə, İTS ona bu imkanı birbaşa vermir. Bu, dolayısı ilə rəqabət mühitinin pozulması kimi dəyərləndirilə bilər. Çünki dövlət resursu (sığorta fondu) vasitəsilə dövlət xəstəxanalarına süni üstünlük verilir, özəl sektor isə kənarda qalır.

Hüquqi olaraq, tibbi xəta zamanı məsuliyyəti həkim və ya tibb müəssisəsi daşıyır. Lakin mənəvi və inzibati baxımdan, əgər sistem vətəndaşa alternativ buraxmırsa, deməli, sistemin keyfiyyətinə də dövlət birbaşa zəmanət verməlidir. Hazırda vətəndaşların narazılığı ondan qaynaqlanır ki, seçim imkanı da, keyfiyyətə zəmanət də yoxdur.

Özəl klinikalara göndəriş verilməsi qeyri-rəsmi "tapşırıqla" qadağan edilib

Azərbaycan Konstitusiyasına görə, hər kəsin sağlamlığını qorumaq hüququ var, lakin bu hüququn reallaşma mexanizmi (İTS qanunvericiliyi) hazırda dövlət sektorunu qorumağa yönəlib. Vətəndaşlara dövlət tibb müəssisələrindən özəl klinikalara göndəriş verilməsi qeyri-rəsmi "tapşırıqla" qadağan edilib. Dövlətin əsas arqumenti isə budur ki, əgər özəl sektor tam açılsa, sığorta büdcəsi sürətlə tükənə bilər. Lakin bu arqument vətəndaşın keyfiyyətli xidmət almaq hüququnu məhdudlaşdırmamalıdır.

Bu tapşırığın məqsədi "qənaət"dirsə, cərrahi əməliyyata ehtiyacı olana edilən bu "qənaət" vətəndaşın əlilliyi ilə nəticələnir.

Dövlətin bir insanda 1000-2000 manata qənaət etməsi həmin adamın əlilliyinə səbəb ola bilər. Bu, iqtisadi baxımdan da zərərlidir, çünki dövlət sonradan həmin vətəndaşa ömürboyu əlillik müavinəti ödəyəcək.

Ümumiyyətlə vay o günə ki, vətəndaş özəl klinikada işləyən həkimin yanına sığorta ilə getmək istəsin. Əgər pasiyent özəldə sığorta ilə müayinə, müalicə və əməliyyat olunmaq istəyirsə (hansı ki haqqıdır və bunun üçün hər ay maaşından tutulur) mütləqdir ki, həftələrlə yağışa, qara, soyuğa, küləyə baxmadan, xəstə və ya əlil halıyla yollarda qalsın, sığorta verən dövlət xəstəxanalarında və poliklinikalarda 4-6 saat növbə gözləsin.

Çox vaxt həmin poliklinikaların həkimləri xəstənin sənədlərinin natamam olmasını, eyni xidmətin dövlətdə olmasını səbəb gətirərək, bəzən də heç bir səbəb olmadan sadəcə "özəllərə göndəriş vermirik" deyib xəstənin sığortasını rədd edir. Bəzən isə xəstə haqqını sona qədər tələb edib çətinliklə də olsa sığorta alır. Bunu yalnız ən inadkar, ən davakar və ya "adamı olan" pasiyentlər edə bilir. Amma tibbi xidmət "mükafat" deyil, hüquqdur. İnsan xəstəxanaya döyüşmək üçün yox, sağalmaq üçün gəlir.

Xəstələrin “Əzablı yollar”ı

Gəlin vətəndaşın özəl klinikada işləyən həkimin müayinə və müalicəsindən sığorta ilə keçmək üçün keçdiyi "əzablı yollara" nəzər salaq. Xəstə ilk olaraq qeydiyyatda olduğu dövlət poliklinikasına gedib, orada 4-6 saat növbə gözləməlidir, göndəriş alıb özəl klinikaya getməli, orada müayinə olunub əgər əlavə spesifik instrumental müayinəyə ehtiyacı olarsa, yenidən qayıtmalıdır poliklinikaya, yenidən 4-6 saat gözləməli, oradan həmin spesifik diaqnostik cihazdan keçmək üçün xüsusi göndəriş almalı və yenə yolunu özəl klinikadan salmalıdır. Həmin spesifik cihazdan keçdikdən sonra ona əməliyyat məsləhət görülərsə, yenidən poliklinikaya qayıtmalı, xəstə hal ilə növbə gözləməli, həkim müayinəsindən keçməli (baxmayaraq ki, özəl klinikadakı cərrah mütəxəssis artıq müayinə edib diaqnoz qoyub və əməliyyata ehtiyac olduğunu bildirib), sonda isə əməliyyata göndəriş (hazırda o da verilmir) almalıdır. O zaman xəstənin məlumatları İTS Agentliyinə göndərilir. Xəstə agentlikdən təsdiq kodunun gəlməsini gözləməli, 3-4 gündən sonra gələn təsdiq kodu ilə əməliyyata alınmalıdır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu xoşbəxt ssenaridir və ən sürətli variantdır – belə ki, yaxşı halda 1 həftəyə, pis halda isə 3-4 həftəyə yekunlaşır.

İndi isə gəlin əksəriyyətinin başına gələn bədbəxt ssenaridən danışaq. Pasiyentə müayinə üçün sığorta verilir, amma spesifik diaqnostik cihazdan keçmək üçün verilmir və ya ümumi müayinə, spesifik cihaz müayinəsi üçün verilir, amma cərrahiyə/prosedurlar üçün bu icazə verilmir. Verilməməyin səbəbini ya kəskin formada birbaşa pasiyentə "Özəllərə sığorta vermirik" şəklində deyirlər ya da sənədlərinin natamam olmasını bəhanə gətirib həftələrlə get- gələ salıb sonda vermirlər. Bəzi hallarda pasiyentə özəl klinikada səhv diaqnoz qoyulduğunu deyib onda çaşqınlıq yaradırlar. Bəzən də pasiyentə onun istədiyi deyil, başqa bir özəl klinikada işləyən həkimi tərifləyib yönəldirlər. Bəzən də özəllərdəki həkimlərin hamısının işini pisləyib “Ən yaxşısı dövlət xəstəxanasıdır” deyib manipulyasiya edirlər.

Buradan görünür ki, pasiyent eyni şikayətə görə sığorta ilə bir neçə dəfə müayinə olunur. Sadəcə "kağız" xatirinə yenidən poliklinikaya gedib, təkrar müayinədən keçməsi dövlət büdcəsinin (dolayısı ilə vətəndaşın pulunun) havaya sovrulmasıdır. Bir xəstəyə bir diaqnoz üçün dəfələrlə pul xərclənir. Bu, bir tərəfdən büdcəyə ziyan vurur, digər tərəfdən süni şəkildə növbələrin yaranmasına səbəb olur.

Dünya praktikasında "ilkin səhiyyə xidməti" (poliklinika/ailə həkimi) sistemi xəstəxana yükünü azaltmaq üçün bir "filtr" rolunu oynamalıdır. Amma bizdə bu, "divar" rolunu oynayır. Ən ağrılı məqam odur ki, poliklinikadakı terapevtin və ya dar ixtisas həkiminin, ixtisaslaşmış cərrahın qoyduğu diaqnozu şübhə altına almaq və ya dəyişdirmək səlahiyyəti (və ya cəsarəti) olur. Bu, tibbi iyerarxiyanın pozulmasıdır. Bu mənzərənin pasiyentin onsuz da pozulmuş əsəbinə, itirilmiş sağlamlığına nə qədər zərbə vurduğunu görməmək mümkün deyil. Vətəndaşlar bu bürokratik işgəncə alqoritmindən boğaza yığılıb az qala canlarına qəsd etmək həddinə gəlirlər. Tarıma çəkilmiş əsəb, ağrıyan canları ilə bürokratik mexanizmin qurbanı olub həftələrlə yollarda qalırlar. Bir çoxları rayondan gəlir, qalmağa yerləri olmur və sığorta almaq üçün məcbur edilən get-gəllərdə yol pulları da tükənir və nəhayət sığorta alsa belə əməliyyata gəlmir. Onları zəng edib çağıranda isə "Vallah, boğazımdan kəsib bir az pul yığmışdım ki, yola, dərmana verərəm, o da sığorta almaq üçün yollarda xərcləndi və indi artıq heç yeməyə də pulum yoxdu" deyirlər.

Son mənzərə budur ki, sistemin məqsədi vətəndaşa xidmət etmək yox, onu süni bürokratiya ilə bezdirməkdir. Bu mexanizmə "Səhiyyədə pasiyentin aşındırılması" taktikası demək olar. Məqsəd səbri zəif olanların, yaşlıların və ya halı pisləşənlərin "lənət olsun" deyib dövlət xəstəxanasında öz seçimi olmadığı, güvənmədiyi həkimin yanına getməməsinə nail olmaq ya da ödənişli xidmətlə (cibindən ödəməklə) özəl klinikalara üz tutmasına şərait yaratmaqdır.

İnkişaf etmiş sığorta modellərində (Türkiyə, Almaniya, Kanada) vətəndaşa seçim verilir: Özəl xəstəxanaya gedərsə, sığorta standart paketi ödəyir, vətəndaş isə sadəcə aradakı fərqi (fərq haqqını) ödəyir. Hər bir vətəndaşın pensiya kartı kimi "sağlıq kart"ı da olur, hansı ki, dövlət tərəfindən illik balans verilir və vətəndaş özü səhiyyə hesabatını idarə edir. Bizdə bu "fərq ödənişi" mexanizmi işlək deyil.

Vətəndaş özələ gedirsə, bütün məbləği öz cibindən ödəyir, halbuki maaşından sığorta pulu kəsilib. Bu, faktiki olaraq ikiqat vergi tutma effektidir. Dolayısıyla soyğunçuluqdu. Əgər ixtisaslı həkim (özəl və ya dövlət fərqi olmadan) sistemə "əməliyyat zəruridir" rəyini daxil edirsə, vətəndaş bu rəylə birbaşa sığorta təsdiqi almalıdır. Aradakı "poliklinika vasitəçiliyi" yalnız ilkin müraciətlər üçün olmalıdır, ixtisaslaşmış diaqnozlar üçün yox. Kəskin gedişli xəstəliklərin müalicəsi saatlar və dəqiqələr içində başlanmalıdır. "Kağız-kuğuz" işləri isə günlər, bəzən həftələr çəkir. Nəticədə bürokratik prosedur xəstəliyin gedişatından daha yavaş işlədiyi üçün xəstə orqanını itirir. Bu, birbaşa sistemin xəstəyə vurduğu zərərdir.

Bu, faktiki olaraq "məni seçməsən başqasının etməsinə də imkan verməyəcəm" deməkdir. Vətəndaşın sağlamlıq və seçim hüququnun qəsdən pozulması isə cinayətdir.

“Göndəriş olmadan özəl tibb müəssisələrinə 4.2 milyon köçürülüb”

Hesablama Palatasının İcbari tibbi sığorta fondunun 2023-2024-cü illər üçün gəlir və xərclərinin icrası ilə bağlı auditinin nəticələrində də qeyd edilir ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin maliyyələşmə mexanizmi sığorta prinsiplərinə uyğun deyil.

Sözügedən illərdə tibb müəssisəsinə vətəndaşlar tərəfindən müayinə və müalicə üçün birbaşa müraciət olunduğu və müvafiq göndəriş verilmədiyi halda Agentlik tərəfindən vəsait ödənildiyi müəyyən edilib.

Auditin nəticələrinə əsasən özəl müəssisələrə göndəriş olmadan özəl tibb müəssisələrinə 4.2 milyon köçürülüb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlar tərəfindən müayinə və müalicə üçün birbaşa müraciət olunduğu və müvafiq göndəriş verilmədiyi halda 14 özəl tibb müəssisəsinə 2 ildə cəmi 4273,6 min manat vəsait ödəyib.

Eləcə də, icbari tibbi sığorta haqqının adambaşına düşən məbləğinin məhz hansı xərcləri əhatə etməklə müəyyənləşdirilməsi mexanizminin hər hansı hüquqi aktla və ya metodoloji sənədlə əsaslandırılması ilə bağlı audit çərçivəsində məlumat təqdim olunmayıb. İcbari tibbi sığorta fondunun sifarişi ilə keçirilən satınalmaların planlanmasında, satınalma prosedurlarında və satınalmaların il daxilində rüblər üzrə bölgüsündə də nöqsanlara yol verilib. İcbari tibbi sığorta çərçivəsində dərmanlar da əhaliyə vaxtında çatdırılmayıb.




Oxunub: 525
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:24 | Türkiyədə zəlzələ oldu
    Bu gün, 15:47 | Hər kəs Bakıda buna aşiq oldu - Venger
    Bu gün, 15:43 | FHN zavodda təlim keçirdi - Video
    Bu gün, 15:38 | "Rosneft"ə məxsus neft bazası vuruldu, yanğın başladı - Video
    Bu gün, 15:34 | Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü
    Bu gün, 15:32 | Bağlanan banklara borcu olanlara xəbərdarlıq
    Bu gün, 15:24 | Bu tarixdə Ermənistan Azərbaycanın olacaqdı...
    Bu gün, 15:15 | Ölümlə nəticələnən qəzaların səbəbləri açıqlandı
    Bu gün, 15:10 | Hər kəs Bakıda buna aşiq oldu - Venger
    Bu gün, 15:07 | Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Bu gün, 15:04 | 17 yaşlı oğlanın sürdüyü maşın elektrik dirəyinə çırpıldı - FOTO
    Bu gün, 15:01 | Sabir Rüstəmxanlıdan məmurlara: Heydər Əliyev vaxt tapırdı, bəs siz? - VİDEO
    Bu gün, 14:56 | İdman zalında "ölü damla" əməliyyatı: ABŞ-da Çin casusları necə ifşa olundu?
    Bu gün, 14:50 | Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video
    Bu gün, 14:43 | "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    Bu gün, 14:28 | Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bu gün, 14:19 | Məmur "ciyər axşamı"nda bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat
    Bu gün, 14:17 | Reyslərin sayı artırıldı: Sabahdan Bakıdan Tbilisiyə 30 faiz daha ucuz səyahət imkanı - Foto
    Bu gün, 14:14 | Xəzərdə yeni marşrut: Moskva–Bakı kruiz reysi açılır
    Bu gün, 14:12 | Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi - FOTO
    Bu gün, 10:31 | Dəmir ehtiyatınızın tükəndiyini necə anlaya bilərsiniz?
    Bu gün, 10:22 | 42 milyon manatlıq cinayət işi: "250 firma açıb satmışam"
    Bu gün, 10:19 | Alma bağlarında xəstəlik yayılıb: Ənənəvi Quba alması artıq tarixə qovuşacaq?
    Bu gün, 10:17 | Zelenski Türkiyəyə səfər edəcək
    Bu gün, 10:13 | Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul
    Bu gün, 10:11 | Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib
    Bu gün, 10:09 | Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı - Foto
    Bu gün, 10:07 | Qərbi Azərbaycanın yaddaş xəritəsi: Artıq mövcud olmayan Leyliqaçan kəndi - Foto/Video
    Bu gün, 09:54 | Tovuzda maşın kanala aşdı - 4 nəfər yaralandı
    Bu gün, 09:51 | Azərbaycan nefti bahalaşdı
    Bu gün, 09:46 | “Araz-Naxçıvan” “Zirə”yə, “Qəbələ” “Qarabağ”a qarşı
    Bu gün, 09:10 | Kurban Berdıyevdan qələbə şərhi
    Dünən, 21:50 | 86 MİLYON HƏŞƏRATIN SİRRİ - Azərbaycana nə üçün gətirilirlər?
    Dünən, 21:46 | Maliyyə nazirinin yeni müavini kimdir? - Dosye
    Dünən, 21:42 | Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi
    Dünən, 21:36 | "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    Dünən, 21:33 | “Hamı bilir hansı şirkət hansı nazirə məxsusdur” - Tural Abbaslı deyir ki...
    Dünən, 21:30 | Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir
    Dünən, 20:04 | Misli Premyer Liqası: "Turan Tovuz" "Sabah"a qalib gəldi
    Dünən, 19:34 | Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
    Dünən, 19:32 | "Sənətə gəldikləri bir il deyil, fəxri ad istəyirlər" - ETİRAZ
    Dünən, 19:30 | Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Dünən, 19:28 | Şəmkirdə 8 yaşlı uşağı maşın vurdu
    Dünən, 18:53 | Parlament Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
    Dünən, 18:39 | Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Dünən, 17:55 | Günnüt əməliyyatının tək qəhrəman şəhidi - Adil Tatarovun xatirəsi anılıb - FOTO
    Dünən, 17:25 | "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    Dünən, 17:22 | 1,5 milyonluq PR-media büdcəsi kimin maraqlarına xidmət edir? - Səbuhi Rzazadənin naziri idarəetmə taktikası və kommunikasiya böhranı
    Dünən, 17:18 | Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
    Dünən, 17:13 | Ərdoğan Ceyhun Bayramovla görüşdü
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.