Füzuli Ələkbərovun yarım milyonluq daha bir borcu üzə çıxdı
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil şirkətlərdən biri - “İmprotex Trucks & Buses” MMC-nin dövlət qarşısında külli miqdarda borca düşdüyü məlum olub. Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib. Məlumata görə, “İmprotex Trucks & Buses” şirkətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 572 551.38 manatvergi borcunun olduğu üzə çıxıb. Bundan əvvəl isə şirkətlər qrupuna daxil olan “İmprotex İndustries” MMC-nin ötən ayın sonunda dövlət qarşısında külli miqdarda - 2 223 740.24 manat vergi borcunun olduğu üzə çıxıb. Amma qısa müddət sonra həmin borc ödənilib. Xatırladaq ki, “Improtex” şirkətlər qrupunun bir qolu olan “İmprotex Trucks & Buses” şirkəti 2005-ci ildən dünya şöhrətli “MAN Truck & Bus SE” şirkətinin Azərbaycanda eksklüziv strateji partnyoru, Bobcat və bir sıra tikinti-daşıma sahəsi üzrə brendlərin rəsmi idxalçısıdır.






















