Fransanın Bakıdakı səfirliyi işçi axtarır - 2200 manat maaş
Fransanın Azərbaycandakı Səfirliyi sürücü–texniki işçi vəzifəsi üçün vakansiya elan edib. Vakansiya 1 illik yenilənə bilən yerli əmək müqaviləsi əsasında nəzərdə tutulur. Mediaxeberleri.Az Operativ Media-ya istinadla xəbər verir ki, vəzifəyə səfirlik əməkdaşlarının daşınması, avtomobillərin saz və təmiz saxlanılması, məktub və bağlamaların çatdırılması, eləcə də səfirlik və iqamətgahda xırda təmir və texniki işlərin görülməsi daxildir. Namizədlərdən sürücülük vəsiqəsi, oxşar vəzifədə təcrübə, texniki bacarıqlar, Azərbaycan dilini ana dili səviyyəsində, ingilis dilini isə minimum B1–B2 səviyyəsində bilmək tələb olunur. Fransız dili biliyi üstünlük sayılır. İş qrafiki bazar ertəsindən cümə gününə qədərdir. Aylıq net əmək haqqı təqribən 2273 AZN təşkil edir.





















