General-mayor Akif Yusifov vəzifəsindən azad olundu - Foto
Azərbaycan Milli Qvardiyasının komandanı, general-mayor Akif Yusifov vəzifəsindən azad olunub. Mediaxeberleri.Az Yeni Sabah-a istinadla xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, A.Yusifov ehtiyata buraxılıb. Qeyd edək ki, Azərbaycan Prezidentinin 7 fevral 2013-cü ildə sərəncamı ilə Akif İsaxan oğlu Yusifov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini - Milli Qvardiyanın komandanı təyin edilmişdi. Həmin ilin dekabrın 25-də ona general-mayor ali hərbi rütbəsi verilib.
Oxunub: 47
Xəbəri paylaş
Paylaş:





















