Ağstafada ağır qəza - yaralılar var
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.Az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindəki payında qeydə alınıb. Hərəkətdə olan mikroavtobus evakuatorla toqquşub. Qəza nəticəsində mikroavtobusun sərnişinləri- 42 yaşlı Afət Məmmədova və 41 yaşlı Həcər İsmayılova xəsarət alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılıb.
Oxunub: 563
Xəbəri paylaş
Paylaş: