Paşinyan MDB sammitinə videobağlantı ilə qoşula bilər - Kremldən açıqlama
Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 13-də Bişkekdə keçiriləcək MDB sammitində videobağlantı vasitəsilə iştirak edə bilər. Mediaxeberleri.Az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov “Moskva. Kreml. Putin” verilişinə şərhində bildirib. Rusiya Prezidentinin köməkçisi MDB-nin Bişkek sammitində Rusiya Prezidenti Vladimir Putinlə Paşinyan arasında görüşün olub-olmayacağı barədə suala cavab verərkən deyib ki, Ermənistan dövlət başçısının Bişkekdəki tədbirdə iştirakı dəqiq deyil. “Paşinyan ora gəlib-gəlməyəcəyini bilmirəm. Bunun videokonfrans vasitəsilə olacağı ilə bağlı məlumatlar var”, — deyə Uşakov vurğulayıb.
Oxunub: 268
Xəbəri paylaş
Paylaş: