XİN: “Beynəlxalq ictimaiyyət Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir” - FOTO
Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıların həyatına son qoymaqda davam edir. Bu barədə Xarici İşlər nazirliyi “X” hesabında paylaşım edib. Bildirilib ki, bu gün Tərtərdə mina partlaması nəticəsində daha bir azərbaycanlı mülki şəxs həlak olub. “44 günlük müharibənin bitməsindən sonra mina qurbanlarının sayı 330-a çatıb. Beynəlxalq ictimaiyyət Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir”, - deyə qeyd olunub.
Oxunub: 248
Xəbəri paylaş
Paylaş: