Gənclər Liqası: "Qarabağ" "Çelsi"yə məğlub oldu
"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti matçını keçirib. Mediaxeberleri.Az Report-a istinadla xəbər verir ki, əsas mərhələnin IV turunda Bakıda İngiltərənin "Çelsi" kollektivini qəbul edən Ağdam təmsilçisi 0:5 hesabı ilə uduzub. Oyun "Azərsun Arena"da keçirilib. Qeyd edək ki, "Sabah" UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin cavab matçında Fransa təmsilçisi "Nant"ı qəbul edəcək. Bu görüş Əlincə stadionunda, saat 17:00-da başlayacaq.
Oxunub: 80
Xəbəri paylaş
Paylaş:





















