Avroliqa oyundan sonra insident: 2 futbolçu həbs olundu
UEFA Konfrans Liqasının ötən gün keçirilən "AZ Alkmaar" - "Legiya" (1:0) matçından sonra insident yaşanıb. Mediaxeberleri.Az xəbər verir ki, “Legiya” klubunun 2 futbolçusu yerli polislər tərəfindən saxlanılıb. Oyundan əvvəl təhlükəsizlik əməkdaşları ilə azarkeşlər arasında qarşıdurma yaşandığından görüş başa çatdıqdan sonra “Legiya”nın stadiondan ən sonda buraxılması qərara alınıb. Futbolçular buna kəskin etiraz ediblər. Polis isə Polşa komandasının avtobusunu mühasirəyə alıb. Hadisə zamanı "Legiya"nın iki futbolçusu - Joseu ilə Radovan Pankov saxlanılıb.. Buna müdaxlə etmək istəyən "Legiya"nın sahibi Dariuş Mioduski, eləcə də bəzi heyət üzvlərinə fiziki təzyiq göstərilib. İki saatdan çox gözlədikdən sonra "Legiya" stadionu tərk edib. Niderland polisi saxlanılan futbolçuların taleyi ilə bağlı məlumat verməyib.