Ermənilər bu ölkədə Azərbaycana qarşı təxribat hazırlayır
Argentinada yaşayan ermənilər Azərbaycanın Buenos-Ayresdəki səfirliyində genişmiqyaslı təxribat hazırlayırlar. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Haqqın.az” Teleqram kanalı məlumat yayıb. Məlumata görə, oktyabrın 5-də ermənilər Azərbaycan səfirliyi yaxınlığında etiraz aksiyası keçiriblər: “Onlar Buenos-Ayresdə yaşayan soydaşlarını oktyabrın 7-nə planlaşdırılan etiraz yürüşünə qoşulmağa çağırıblar. Diplomatik mənbənin məlumatına görə, Azərbaycan səfirliyi Argentina Xarici İşlər Nazirliyindən ermənilərin mümkün təxribatları zamanı diplomatik nümayəndəliyin ərazisində təhlükəsizlik tədbirlərini gücləndirməyi xahiş edib”.
Oxunub: 211
Xəbəri paylaş
Paylaş: