“Sumqayıt”dan “Araz-Naxçıvan” üzərində inamlı qələbə
Misli Premyer Liqasında 10-cu turun oyunları davam edir. Mediaxeberleri.Az xəbər verir ki, bu gün daha iki görüş keçirilib. Bu gün əvvəlcə "Turan Tovuz" "Şamaxı"nı qəbul edib. Bu görüş Tovuz təmsilçisi üçün onunla əlamətdardır ki, komanda 5 aylıq fasilədən sonra doğma meydanına qayıdıb. Doğma meydanda ilk oyun "Turan Tovuz" üçün düşərli olub. Belə ki meydan sahibləri "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəlib. Günün digər matçında isə "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edib. Meydan sahibləri 3:2 hesabı ilə rəqibindən üstün olub. Qeyd edək ki, 10-cu turun son görüşündə "Qəbələ" "Sabah"ın qonağı olacaq. Oyun noyabrın 3-də keçiriləcək. 2 noyabr (bazar) Misli Premyer Liqası, 10-cu tur 18:30. “Sumqayıt” – “Araz-Naxçıvan” - 3:2 Qol: Roi Kehat 17 (1:0), Şarl Boli 41 (1:1), Patrik Andrade 50 (2:1), Ronaldo Vaskez 69 (2:2), Roi Kehat 78 (3:2) 16:00. “Turan Tovuz” – “Şamaxı” - 2:1 Qol: Rikardo Apolinario 45 (0:1), Roberto Olabe 45+2 (1:1), Joarlem Santos, 49 (2:1) 3 noyabr (bazar ertəsi) 19:30. “Sabah” – “Qəbələ” 1 noyabr (şənbə) “Neftçi” - “Kəpəz” - 5:1 “Karvan-Yevlax” - “Zirə” - 2:3 Bombardirlər: Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol Coy-Lens Mikels ("Sabah") - 5 qol Bassala Sambu ("Neftçi") - 4 qol
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
M.H. adına Sumqayıt şəhər stadionu
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Tovuz şəhər stadionu






















