"Turan Tovuz" "Şamaxı"ya, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı
Misli Premyer Liqasında 10-cu turun oyunları davam edir. Mediaxeberleri.Az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək. Əvvəlcə "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək. Bu görüş Tovuz təmsilçisi üçün onunla əlamətdar olacaq ki, komanda 5 aylıq fasilədən sonra doğma meydanına qayıdır. Tovuz şəhər stadionunda ötən mövsümün sonunda süni meydançasının təbii ot örtüyü ilə dəyişdirilməsi prosesi başlayıb. Kurban Berdıyevin komandası bu mövsüm rəqiblərini Bakıda “Azərsun Arena”da qəbul edirdi. Günün digər matçında isə "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edəcək. Qeyd edək ki, 10-cu turun son görüşündə "Qəbələ" "Sabah"ın qonağı olacaq. Oyun noyabrın 3-də keçiriləcək. 2 noyabr (bazar) Misli Premyer Liqası, 10-cu tur 16:00. “Turan Tovuz” – “Şamaxı” 18:30. “Sumqayıt” – “Araz-Naxçıvan” 3 noyabr (bazar ertəsi) 19:30. “Sabah” – “Qəbələ” 1 noyabr (şənbə) “Neftçi” - “Kəpəz” - 5:1 “Karvan-Yevlax” - “Zirə” - 2:3 Bombardirlər: Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol Coy-Lens Mikels ("Sabah") - 5 qol Bassala Sambu ("Neftçi") - 4 qol
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Tovuz şəhər stadionu
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
M.H. adına Sumqayıt şəhər stadionu






















