"Qarabağ"ın oyunlarını izləyəcəyik - Mareska
İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Enzo Mareska UEFA Çempionlar Liqasının əsas mərhələsində üz-üzə gələcəkləri "Qarabağ"ın oyunlarını izləyəcək. Mediaxeberleri.Az xəbər verir ki, mütəxəssis sıx qrafiklə oynadıqlarını xatırladıb. O, növbəti matçlara köklənməli olduqlarını söyləyib: "Qələbə qazandığımız vaxtda belə irəli baxmaq lazımdır. Liqa Kubokunda "Vulverhempton"la (4:3) qarşılaşmadan sonra təyyarədə və avtobusda "Tottenhem"in oyunlarını izləməyə başladıq. Sonra isə "Qarabağ"ı izləyəcəyik. Dayanmaq olmaz. Növbəti matça köklənməli və hər dəfə yeni bir şey öyrənməlisən". Qeyd edək ki, "Çelsi" noyabrın 5-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda "Qarabağ"ın qonağı olacaq.
Oxunub: 96
Xəbəri paylaş
Paylaş:





















