“Qarabağ”dan gözlənilməz xal itkisi, “Neftçi”dən qələbə
Bu gün Misli Premyer Liqasında 9-cu tura yekun vurulacaq. Mediaxeberleri.Az xəbər verir ki, son oyun günündə iki matç keçirilib. Əvvəlcə “Qəbələ” öz meydanında “Neftçi”ni sınağa çəkib. Oyun "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 2:0. 70-ci dəqiqədə oyuna daxil olmaqla Misli Premyer Liqasında debüt edən paytaxt klubunun kamerunlu yeni legioneri Vensan Abubakar əvvəlcə qol ötürməsi verib, sonra isə özü qol vurub. Turun son qarşılaşmasında “Qarabağ” “Şamaxı” ilə görüşüb. Ağdam təmsilçisi gözlənilmədən xal itirib - 0:0. Misli Premyer Liqası 18:30. “Qarabağ” - “Şamaxı” - 0:0 16:00. “Qəbələ” - “Neftçi” - 0:2 Qol: İfeanyi Metyu, 71, Vensan Abubakar, 81 24 oktyabr (cümə) “Karvan-Yevlax” - “Turan Tovuz” - 1:2 “Kəpəz” - “İmişli” - 0:3 25 oktyabr (şənbə) “Araz-Naxçıvan” - “Sabah” - 2:2 “Zirə” - “Sumqayıt” - 1:0 Bombardirlər: Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol Coy-Lens Mikels ("Sabah") - 5 qol Toral Bayramov ("Qarabağ") - 3 qol Martins Juniyor ("Zirə") - 3 qol Aleks Souza (“Turan Tovuz”) - 3 qol Aleksandr Ramalinqom (“Sumqayıt”) - 3 qolğ Velko Simiç (“Sabah”) - 3 qol Alexandro Serrano (“Turan Tovuz”) - 3 qol Dioqo Almeydan (“İmişli”) - 3 qol
IX tur
26 oktyabr (bazar)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
“Azersun Arena”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Qəbələ şəhər stadionu





















