Zərdabda ağır qəza: ölən var
Zərdab rayonunda ölümlə nəticələnən yol qəzası olub. Mediaxeberleri.Az xəbər verir ki, hadisə bu gün gündüz saatlarında Zərdab-Ağcabədi avtomobil yolunda baş verib. VAZ 21099 markalı minik maşını ilə "Rənc Rover" markalı maşın toqquşub. Nəticədə VAZ-ın sürücüsü Azər Abdullazadə həyatını itirib. Rayon polis şöbəsinin əməkdaşları araşdırma aparır.
Oxunub: 113
Xəbəri paylaş
Paylaş:





















