Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Mediaxeberleri.Az-ın məlumatına görə, hadisə Gəncə-Göygöl-Toğanlı-Kəlbəcər yolunun şəhərin Hacıkənd qəsəbəsindən keçən hisəsində baş verib. Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Fakt araşdırılır.
Oxunub: 81
Xəbəri paylaş
Paylaş:





















