FƏRİD QAYIBOV BEYNƏLXALQ TƏDBİRLƏRDƏ İŞTİRAK EDƏN GƏNCLƏRLƏ GÖRÜŞÜB
Oktyabrın 23-də gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb. Nazir gəncləri qazandıqları uğurlar münasibətilə təbrik edib, onların iştirak etdikləri tədbirlər və qazandıqları təcrübələr barədə fikir mübadiləsi aparıb. Türkiyə, Mərakeş, Yaponiya, İndoneziya, Hindistan, İsveçrə, Tayland, Avstraliya və Qazaxıstanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, mübadilə proqramları, beynəlxalq yarışlarda iştirak edən gənclər öz təəssüratlarını paylaşıb, nailiyyətləri, tədbirlərdə iştirakları barədə ətraflı məlumat veriblər. Görüşdə gənclərin fikirlərini və təkliflərini dinləyən nazir Fərid Qayıbov nailiyyət qazanan gənclərə fəaliyyətlərinin davamlılığını arzulayıb.
Oxunub: 103
Xəbəri paylaş
Paylaş:





















