“Neftçi”nin bu mövsüm 6-cı heç-heçəsi, “Zirə”nin ilk məğlubiyyəti
Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulub. Mediaxeberleri.Az xəbər verir ki, son oyun günündə 2 görüş keçirilib. Əvvəlcə "Sabah" "Zirə"ni qəbul edib və 3:0 hesabı ilə qələbə qazanıb. Bu, cari mövsümdə Premyer Liqada uduzmayan yeganə komanda - "Zirə"nin ilk məğlubiyyəti olub. Günün və turun son matçında isə "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edib. Oyun 2:2 hesabı ilə başa çatıb. Bu isə "Neftçi"nin hazırkı mövsümdə 6-cı heç-heçəsi kimi qeydə alınıb. 19 oktyabr (bazar) 18:30. “Neftçi” – “Araz-Naxçıvan” - 2:2 Qol: Vasala Sambu, 19 (1:0), Ba-Muaka Simakala, 36 (1:1), 47 (1:2), Emin Mahmudov, 55 (2:2) Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov 16:00.“Sabah” – “Zirə” - 3:0 Qol: Aron Maluda, 42, Velko Simiç, 45+2, 76 17 oktyabr (cümə) “Şamaxı” - “Kəpəz” - 1:4 “Turan Tovuz” - “Qarabağ” - 1:2 18 oktyabr (şənbə) “Sumqayıt” - “Karvan-Yevlax” - 4:1 “İmişli” - “Qəbələ” - 2:2 Bombardirlər: Ba-Muaka Simakala ("Araz-Naxıvan) - 5 qol Coy-Lens Mikels ("Sabah") - 4 qol Toral Bayramov ("Qarabağ") - 3 qol Martins Juniyor ("Zirə") - 3 qol Aleks Souza (“Turan Tovuz”) - 3 qol
VAR: Nicat İsmayıllı
AVAR: Asiman Əzizli
“Palms Sports Arena”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
“Bank Respublika Arena”,