Azərbaycanın amputant yığması Millətlər Liqasının C qrupunu bürünc medalla başa vurub
Azərbaycanın amputant futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunu bürünc medalla başa vurub. Mediaxeberleri.Az "Report"a istinadən xəbər verir ki, Ramil Həbibovun baş məşqçisi olduğu komanda qrupdakı son oyununu Ukraynaya qarşı keçirib. "Bayıl Arena" stadionunda baş tutan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə bitib. Milli daha əvvəl Belçikanı 3:0, Niderlandı isə 1:0 hesabı ilə məğlub edib, İsraillə qolsuz heç-heçəyə razılaşıb. Qeyd edək ki, 9 xala malik Ukrayna yarışı birinci pillədə başa vurub. Komanda, həmçinin Millətlər Liqasının B qrupuna yüksəlib. İsrail 8 xalla ikinci, Azərbaycan 7 xalla üçüncü sırada yer alıb. 4 xalı olan Niderland dördüncü, xalsız olan Belçika isə beşinci yeri tutub. Sonuncular Millətlər Liqasının D qrupuna yuvarlanıblar.