Bağçada işləmək istəyən müəllimlərin NƏZƏRİNƏ!
Bağçalara tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb. Mediaxeberleri.Az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən namizədlər bu gündən oktyabrın 12-si saat 11:00-dək miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib ki, tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər. Mərkəzin direktoru qeyd edib ki, hazırda regionlar da daxil olmaqla bağçalarda 91 vakant yer mövcuddur. Onun sözlərinə görə, bağça müəllimlərinin işə qəbulu iki mərhələdən ibarət olacaq. İmtahanların bölgələrdə keçirilməsi də nəzərdə tutulur. Nurlan İsmayılbəyli əlavə edib ki, cari tarixədək müsabiqə nəticələrinə əsasən 244 namizəd işlə təmin olunub. Qarşıdakı aylarda da ehtiyac yaranarsa bağçalara işə qəbulla bağlı müraciətlər qəbul edilə bilər. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: