Misli Premyer Liqası: VIII tura iki oyunla start verilir
Bu gün Misli Premyer Liqasında VIII tura start verilir. Mediaxeberleri.Az xəbər verir ki, turun ilk oyun günündə "Şamaxı" klubu "Kəpəz"i, "Turan Tovuz" isə "Qarabağ"ı qəbul edəcək. Qeyd edək ki, sabah "İmişli" - "Qəbələ", "Sumqayıt" - "Karvan-Yevlax" qarşılaşmaları baş tutacaq. Tura oktyabrın 19-da "Sabah" - "Zirə", "Neftçi" - "Araz-Naxçıvan" matçları ilə yekun vurulacaq. Misli Premyer Liqası VIII tur 17 oktyabr 14:30. "Şamaxı" - "Kəpəz" Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov VAR: Rəşad Əhmədov AVAR: Zöhrab Abbasov Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Azər Əsgərov Şamaxı şəhər stadionu. 19:00. "Turan Tovuz" - "Qarabağ" Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov VAR: Kamal Umudlu AVAR: Vüsal Məmmədov Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: İlham Əliyev "Azersun Arena".