Türkiyədən Suriyadakı terrorçulara cavab: 30 hədəf məhv edildi
Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın şimalındakı Tel-Rıfat, Cizirə və Dərik bölgələrindəki terrorçulara qarşı hava əməliyyatı həyata keçirib. Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əməliyyat zamanı terrorçuların da daxil olduğu 30 hədəf məhv edilib. Qeyd edək ki, gecə saatlarında icra olunan hava zərbələri Suriyada Türkiyənin hərbi bazasına hücuma cavab olub. (Mənbə: Haber Global)
Oxunub: 174
Xəbəri paylaş
Paylaş: