Türkiyə və İtaliyadan böyükhesablı qələbə, İspaniyadan darmadağın
Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində daha 8 qarşılaşma keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, E qrupunda Türkiyə millisi Gürcüstanla, İspaniya isə Bolqarıstanla qarşılaşıb. Türkiyə 4:1, İspaniya isə 4:0 hesablı qələbə qazanıb. I qrupunda İtaliya İsraili 3 cavabsız qolla üstələyib. K qrupunda isə İngiltərə səfərdə Latviyanı daramadağın edib - 5:0. 14 oktyabr DÇ-2026 E qrupu 22:45. İspaniya – Bolqarıstan - 4:0 Qollar: M.Merino, 35; 57. Çernev, 79-öz qapısına. Oyarsabal, 90+2-pen. 22:45. Türkiyə – Gürcüstan - 4:1 Qollar: K.Yıldız, 14. M.Demiral, 22; 52. Y.Akgün, 35 – Koçoraşvili, 65. F qrupu 22:45. Portuqaliya – Macarıstan - 2:2 Qollar: Ronaldo, 22; 45+3 – Salai, 8. Soboslai, 90+1. 22:45. İrlandiya – Ermənistan - 1:0 Qol: Ferquson, 70. I qrupu 20:00. Estoniya – Moldova - 1:1 Qollar: Kayt, 12 – Bodistyanu, 64. 22:45. İtaliya – İsrail - 3:0 Qollar: Reteqi, 45+2-pen; 74. Mançini, 90+3. K qrupu 22:45. Latviya – İngiltərə - 0:5 Qollar: Qordon, 26. Keyn, 44; 45+4-pen. Tonişev, 59-öz qapısına. Eze, 86. 22:45. Andorra – Serbiya - 1:3 Qollar: G.Lopes, 17 – K.Qarsiya, 19-öz qapısına. Vlahoviç, 54. Mitroviç, 77-pen.
Seçmə mərhələ