Xankəndinin deputatı bu vəzifəsini TƏRK ETDİ - FOTO
Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri vəzifəsini tərk edib. Mediaxeberleri.Az xəbər verir ki, T.Gəncəliyev 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Milli Məclisin İnsan hüquqları komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, İspaniya, İsveç, İtaliya, Meksika, Portuqaliya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Parlamentlərarası İttifaqda, ATƏT-in Parlament Assambleyasında, Avropa Şurasının Parlament Assambleyasında və Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvü, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlıq komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəridir. ("Trend")